Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədirPrezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridir və regional proseslərin önündə gəlir. Həmçinin dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr, iqtisadi qüdrəti, misilsiz logistik imkanları, eyni zamanda, formalaşdırdığı yeni reallıqlar fonunda bölgəyə gətirdiyi sülh və təhlükəsizlik, regional əməkdaşlığın inkişafına təkan verən təşəbbüsləri ölkəmizə bu statusu qazanmağa imkan verib. Həm də Azərbaycan dünyada tam güvənilən, atdığı hər bir imzasına dəyər verən etibarlı tərəfdaş kimi tanınır. Bu da onunla münasibətlər quran, əməkdaşlığı genişləndirmək istəyən dövlətlərin sayını durmadan artırır və beynəlxalq mövqelərini möhkəmləndirir.
Azərbaycanın milli maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərində İtaliya ilə əlaqələr xüsusi önəm kəsb edir. Ən qədim dövlətçilik ənənələrinə və zəngin mədəniyyətə sahib olan bu ölkə ilə əlaqələrimiz bir çox vacib sahələr üzrə daim inkişaf edərək möhkəm dostluğa və strateji tərəfdaşlığa çevrilib. Yaxın tarixdir ki, uzun illər Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prioritet təşkil edib və ölkəmiz bu istiqamətdə səsini dünyaya çatdırmaq üçün səylə çalışıb. Həmin dönəmlərdə ədalətli mövqe tutan, Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən biri də İtaliya olub. Belə ki, 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyev İtaliyaya ilk rəsmi səfəri zamanı bu ölkənin prezidenti və digər rəsmiləri birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan etmişdilər. Bu yanaşma, həqiqətən də, həmin həssas dönəmdə Azərbaycan üçün xeyli önəmli idi. Ümumiyyətlə, Ulu Öndərimizin bu səfər çərçivəsində keçirdiyi rəsmi görüşlər və imzalanan sənədlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlığa təkan verdi, əlaqələrimiz yüksələn xətlə daha sürətlə inkişaf etməyə başladı.
2018 və 2025-ci illərdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, 2020 və 2022-ci illərdə dövlətimizin başçısı İlham Əliyevin Romaya səfərləri əlaqələrimizin dinamik inkişafına müsbət təsir göstərib və münasibətlərimiz daha sıx xarakter almağa başlayıb.
May ayının 4-də baş tutan İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət göstərəcəkdir.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi "Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq".
Sözsüz ki, İtaliya-Azərbaycan əlaqələrindən söz düşmüşkən enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Çünki Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Belə ki, İtaliya xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşımızdır.
2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 11,860 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 469,5 milyon ABŞ dolları və ya 4,1% çoxdur.
Ötən il İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24%-i həcmində olub və İtaliya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında birinci yeri tutur.
Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur.
Ölkəmizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrində İtaliyanın 130-a yaxın investisiyalı kommersiya qurumu çalışır. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, o cümlədən dini və mədəni abidələrin bərpasında İtaliyadan olan şirkətlər 23 layihə həyata keçirib və işlər davam edir.
İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana səfəri, keçirilən yüksəksəviyyəli görüşlər, aparılan müzakirələr strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizi daha da möhkəmləndirəcək, eləcə də yeni sahələr üzrə əməkdaşlığın qurulmasına və dərinləşməsinə geniş imkanlar açacaq.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 701   Tarix: 06 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

Azərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsind

13 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güclənən dövlətçilik modeli və yeni geosiyasi reallıqlar

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində dövlət idarəçiliyinin, iqtisadi inkişaf strategiyasının, milli təhlükəsizlik siyasətinin və beynəlxalq münasibətlər sistemind

14 oktyabr
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr