Moskva görüşündə Azərbaycanın iddiaları tam təmin edildi
May ayının 25-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri, bu səfər çərçivəsində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində olub.
Bu gün ölkə başçısının birbaşa rəhbərliyi və iradəsi ilə həyata keçirilən mükəmməl xarici siyasət kursu ölkəmizin bütün geopolitik platformalarda yüksək mövqeyini təmin edir. Hazırda Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşıdır. Eyni zamanda, ölkəmiz Türk dünyasında, eləcə də İslam aləmində mühüm iqtisadi, üstün siyasi mövqe tutur. Bütün bu uğurların dövlət başçısının balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin mükəmməl vəhdətinin nəticəsi olduğu bəllidir.
Qeyd edilməlidir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə məlum bəyanatları Azərbaycanın həm diplomatik, həm də hərbi qüdrətinin təsdiqi kimi qəbul olunmalıdır. Ermənistan bütün xarici havadarlarının dəstəyinə rəğmən Azərbaycanın gücü qarşısında geri çəkilməsi ölkəmizin regionda yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu qeyd etməklə növbəti dəfə ölkəmizin sülh, sabitlik istəyini ifadə etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Zirvə görüşündə iştirakı Azərbaycan liderinin barış, humanizm prinsiplərinə sədaqət nümunəsi kimi xarakterizə olunmalıdır.
Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatını şərh edərək bildirdi ki, konkret rəqəmlər göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaqdır.
Artıq rəsmi İrəvan xəstə şovinist iddiaların bu ölkəni məhvə apardığını, yeganə qurtuluşun Azərbaycanın haqlı şərtlərinə boyun əymək olduğunun fərqindədir. Bu reallığın nəticəsi kimi sərhədlərin dövlətlərarası sərhədlər qismində tanındığı 1991-ci ilin Alma-Ata Bəyannaməsinin qarşı tərəfindən artıq qəbul olunması bütövlükdə diplomatiyamızın uğurudur. Məhz bu uğur modelinin müəllifi Müzəffər Ali Baş Komandan "Qarabağ Azərbaycandır!" şüarını rəsmi İrəvana da qəbul etdirmiş oldu.
Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb