Zelenski səhv edir, bizə yox, Makrona desin - Təbrizli
Ukrayna Prezidenti Vladimir Zelenskinin İran rejiminin əsirinə çevrilən xalqa müraciəti çox yanlışdır. Ötən beş il ərzində bu millət neçə dəfə qiyam edib, küçələrə çıxıb, etiraz edib.
Bu sözləri milli fəal və güneyli yazar Elyar Təbrizli Ukrayna prezidentinin İran xalqına müraciətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər dəfə küçələrə çıxanda meydanda tək qalan, heç bir xarici qüvvədən dəstək görməyən xalqın daha nəyəsə etiraz etməyə taqəti qalmayıb:
"Benzinin bahalaşmasına görə 1500 nəfər öldü. Əl-Əhvaz bölgəsində susuzluğa görə millət küçəyə çıxdı, yüzlərlə insan güllələndi. Xalqın üzərinə ordu yeridildi. Bəlucların məsələsini görürük. Hər gün rəhmsiz şəkildə gəncləri edam edirlər. Türkmənlərin, qaşqayların torpaq məsələsi, Azərbaycanda Yekanad bölgəsində etiraz edən insanların cəzalandırılması, Urmu gölünün qurudulması, qadınların hərəkatında törədilən qırğınlar çox da uzaq tarixdə olan hadisələr deyil. Zelenski İranın bu durumunu və iqtisadi vəziyyətini gözə alaraq niyə bu millətə müraciət edir? Hakimiyyət demokratik bir sistem deyil və xalqın etiraz səsindən qorxub geri çəkilmir. Rejim militar hakimiyyətdir. Silah gücü ilə etirazları yatırdır".
O, Zelenskinin İran xalqı əvəzinə bir sıra Qərb ölkələrinə müraciət etməli olduğunu bildirib:
"Onlardan soruşmalı idi ki, niyə SEPAH-ın və mollaların övladları Britaniya banklarına milyonlar qoya bilib? Bu şəraiti onlar üçün kim yaradıb? Fransaya sözünü deməli idi: İranla işbirlikləri var. Böyük Britaniya və Avropa Birliyi SEPAH-ın terrorçu siyahısına salınmasına razı olmadı. Zelenski onlardan istəməli idi ki, Tehran hökumətini dəstəkləməkdən vaz keçsinlər. Görünür ki, İran rejimi Qərb ölkələrinin mənafeyini təmin edir. Qərbin dəstəyindən ilham alan rejim ömrünü uzadır və bölgədə, Ukrayna kimi savaşlarda günahsız insanların ölümünə bais olur. Qərb İranın nüvə silahının hazırlanması xaric bütün məsələlərdə, demək olar ki, Tehran hökumətinin yanındadır".
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1957 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...
Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların
7 oktyabrBöyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də "kölgə donanması" ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiy
8 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabrABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
7 oktyabrYəməndə müharibə yenidən qızışır
Husilər Səudiyyə Ərəbistanına və Ədən hava limanına raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyadda raketin ələ keçirildiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
7 oktyabrİstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub
Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14
8 oktyabrMeksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb
Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında
6 oktyabr