Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Avtobuslar qarajlarda dayanır, sərnişinlər isə dayanacaqlarda uzun müddət gözləyir. Ortada isə ciddi bir sual yaranır: problem avtobus çatışmazlığındadır, yoxsa bu avtobusları idarə edəcək sürücülərin olmamasında?
Marşrut sürücülərinin sözlərinə görə, qarajlarda işlək avtobuslar kifayət qədərdir, lakin sükan arxasına keçəcək sürücü tapılmır. Sürücülərin bu sahədə işləmək istəməməsi isə ictimai nəqliyyatda idarəetmə, əməkhaqqı və iş şəraiti ilə bağlı ciddi problemlərin ola biləcəyini göstərir. Bəs sürücünü avtobusdan uzaqlaşdıran nədir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, əsas səbəblərdən biri sürücülərin gördüyü işlə aldıqları əməkhaqqı arasındakı nisbətin onları qane etməməsidir. Onun sözlərinə görə, marşrut sürücülərinin iş qrafiki uzun, məsuliyyəti və stressi yüksəkdir: "Yol hərəkəti, sərnişinlərlə ünsiyyət, tıxac və qəza riski də işin yükünü artırır. Bundan başqa, işin sosial təminat, məzuniyyət və digər əmək şəraiti baxımından yetərincə cəlbedici olmaması sürücü çatışmazlığını dərinləşdirə bilər. Yaşlı sürücülərin sektordan çıxması, gənclərin isə daha rahat və sabit işlərə üstünlük verməsi də bu problemi artırır.
Ona görə qarajlarda avtobusların olması problemin yalnız nəqliyyat vasitələrinin sayında olmadığını göstərir. Əsas məsələ sürücü əməyinin şərtlərinin və gəlirinin bu işə yeni insanları cəlb edəcək səviyyədə olub-olmamasıdır".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1748 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu bölgəmizdə doğum səviyyəsi yüksəkdir
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 9,4-də
20 noyabrSabah "Koroğlu"dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb. Qurumdan bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərd
20 noyabrÖlkədə evlənmək istəyənlər azalıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin
20 noyabrTələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
Bir tələbə universitetdən, kursa və ordan da evə qayıtmaq üçün gündəlik 3.60 manat, aylıq isə 160 manat gedişhaqqı xərcləyir. Bu isə tələbə üçün kiçik məbləğ hesab edilmir. xəbər verir ki, tələbələrin nəqliyyat xərclərinin azaldılması dünyanın müxtəlif yerlərində fərqli güzəştlər olunur. Məsələ ilə bağl
21 noyabrƏhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
22 noyabrNoyabr pensiyaları tam ödənildi
Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrind
20 noyabrƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı
Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabə
22 noyabrDekabrda 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR
2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub. Ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş olmayacaq. Ayın digər qeyri-iş günləri isə həftəsonları ilə bağlıdır. Belə ki, dekabrın 5-
21 noyabr