İran küncə sıxışdı, xilas yolu axtarır - Cavanşir

İran küncə sıxışdı, xilas yolu axtarır - CavanşirSultan Heytəm bin Tariq əs-Səidin İrana nəzərdə tutulan səfərində bir neçə məqsəd ola bilər. Təşəbbüsün Tehrandan gəldiyini düşünmək inandırıcı görünmür.

Bu sözləri tanınmış güneyli jurnalist və araşdırmacı-yazar Abdullah Əmir Haşimi Cavanşir Oman sultanının İrana səfərinin məqsədini şərh edərkən deyib.

Onun sözlərinə görə, Tehranın qonşuluq siyasətində müsbətə doğru dəyişiklik olduğunu və ərəb ölkələri ilə münasibətlər qurmaq cəhdinin önə çıxarılması düzgün nəzəriyyə deyil:

"İran daxilində 9 aydır hökm sürən siyasi və iqtisadi problem, Suriya və Yəməndəki uğursuzluq onu geriyə addım atmağa məcbur edir. Geriyə çəkilsə də, Tehran hökuməti keçmiş səhvlərindən məntiqi nəticə çıxarmayıb. Həqiqi yumşalma ilk növbədə daxildə siyasi və iqtisadi islahatlardan başlamalı idi. Bu da özünü xarici siyasətində büruzə vermiş olardı. Yalnız bu halda İranın diplomatik münasibətlərdə yumşalma siyasəti apardığı inandırıcı görsənərdi. İranda belə bir islahat olmadığı üçün Tehranın sadəcə xilas yolu axtardığını düşünmək olar".

O, Tehranın yumşalma siyasəti kimi təqdim etdiyi məsələlərdə ziddiyətli məqamların olmasına diqqətə çəkib:

"İran Çin vasitəsi ilə Ərəbistanla münasibətlərini yaxşılaşdırır, digər yandan su məsələsinə görə Əfqanıstanda Taliban hökuməti ilə gərginlik yaradır. Türkiyə ilə münasibəti göz önündədir. Müxtəlif yolla seçkilərə müdaxilə etmək istəyir. Azərbaycanla hələ də gərgin münasibəti dəyişməz olaraq qalır. İran tərəfi qonşuların məsləhətli sözlərinə qulaq asmağa məcburdur. İranın daxili və xarici siyasətindəki ziddiyyət belə bir həmkarlığa mane olur. Bunun nümunəsini Azərbaycan və İran münasibətlərində görürük. Prezident İlham Əliyevin İrana dəfələrlə müsbət çağırışı və bölgədə əməkdaşlığa dəvəti cavabsız qalıb. Hələ də Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistana hərtərəfli yardım etməklə bu qurucu işlərin qarşısını alır".

Cavanşir bildirib ki, sultan İranda bir sıra mühüm məsələləri müzakirə etməklə yanaşı, İrandan məhz regionda yaratdığı gərginliyi azaltmasını istəyə bilər:

"Sultan oeşəkar siyasi xadimdir. 2020-dən əmisi oğlu Sultan Qaabus bin Səidin yerinə gəlib. Qabusun daxili və xarici siyasətini davam etdirir. Omanın bitərəf siyasətini sürdürür və ölkələrlə gərginliyin davam etməsində maraqlı deyil. Barışdırıcı mövqeyi ilə seçilir. Heytəm bin Tariq də İranı bölgədə yaratdığı gərginlikdən çəkindirmək istərdi".

Onun sözlərinə görə, sultanın səfərinin məqsədinin nə olmasından asılı olmayaraq, İran bu görüşdən maksimum dərəcədə faydalanmaq niyyətindədir:

"İran nüvə silahı hazırlayır, İsraili hədələyir. İsrail özünü qorumaq üçün Amerika ilə birləşməyə məcburdur. Ərəb körfəzində və ətrafda İranın qarşını almaq üçün müəyyən manevrlər həyata keçirilib. İranın da Oman sultanı ilə yaxınlaşması bu manevrlərə bir növ diplomatik cavabdır. Bunlar İranın bölgədə terrorçu siyasətini pərdələmək üçün həyata keçirdiyi taktiki addımlardır".

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1324   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də "kölgə donanması" ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiy

8 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Yəməndə müharibə yenidən qızışır

Husilər Səudiyyə Ərəbistanına və Ədən hava limanına raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyadda raketin ələ keçirildiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr