Türkiyəli nazir: "Xalqımız demokratiyaya sahib çıxır"
"Xalqımız demokratiyaya sahib çıxır. Bu, gözəldir. Seçici fəallığının yüksək olacağını düşünürəm".
Bunu Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün səsvermədə iştirak edən ədliyyə naziri Bekir Bozdağ jurnalistlərə açıqlamasında deyib.
O, səsvermənin nəticəsinin xeyirli olmasını arzulayıb.
Həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum da səs verib. O vətəndaşları səsvermədə fəal iştirak etməyə çağırıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
"Ata İttifaqı" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.
Report.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1024 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın əvvəllər dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirməyə razılaşıb. "Report" xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb. İki mənbənin məlumatına görə, BƏƏ ümumilikdə 10 milyard dollar dəyərində səhmləri aktivləşdirməy
14 iyunƏrdoğan Türkiyənin YENİ HƏDƏFİNİ AÇIQLADI
"Türkiyəni süni intellekt texnologiyaları üzrə qabaqcıl dövlətlər sırasına çıxaracaq yeni fəaliyyət planının indidən uğurlu olmasını diləyirəm". "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, sün
13 iyunPiton ilanı qadını uddu - DƏHŞƏT
İndoneziyanın Şimali Maluku əyalətində nəhəng ilan qadını udub. xarici KİV-ə istinadla bildirir ki, 44 yaşlı Yelizavet Yamalau evinin yaxınlığında mal-qaraya nəzarət edirmiş. Bu zaman kolluqlarda gizlənən piton qəfil ona hücum edərək ayağından yapışıb. Daha sonra ilan qadının bədəninə sarılaraq onu boğub
14 iyunABŞ Avropada hərbi qüvvələrini azaldır: Siyahıda nə var?
ABŞ Avropadakı NATO əməliyyatları üçün əlçatan olan "F-15E" və "F-16" qırıcılarının sayını təqribən 150-dən 100-ə qədər azaltmağı planlaşdırır. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumatda bildirilib ki, Ağ Ev NATO əməliyyatları üçün ayırdığı hərb
14 iyunKris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Hyustonda keçirilən enerji forumund
14 iyunGilas hansı xəstəliklərdən qoruyur?
Gilas insan orqanizmindəki müxtəlif sistemlərin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. xəbər verir ki, bunu -ya rusiyalı nutrisioloq-endokrinoloq Dariya Xaykina deyib. Mütəxəssis bu dadlı giləmeyvənin diqqətdən kənarda qalan xüsusiyyətləri barədə bunları bildirib:. Antosianin zənginliyi: Gilasın ə
13 iyun