Deputat: "Gəncə qiyamının əsas səbəbi o vaxt hakimiyyətdə olanların səriştəsizliyidir"

Deputat: "Gəncə qiyamının əsas səbəbi o vaxt hakimiyyətdə olanların səriştəsizliyidir""1993-cü il Gəncə hadisələrinin səbəblərini araşdırarkən ilk növbədə o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün fəaliyyətinə qiymət verməli, dövrün ziddiyyətlərini nəzərdən keçirməliyik".

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, Gəncə qiyamının əsas səbəbi o vaxt hakimiyyətdə olanların səriştəsizliyi, vəzifələrini layiqincə yerinə yetirməmələri, xalqın dəstəyini qazana bilməmələridir:

"Çünki bir tərəfdən torpaqlarımız işğal olunurdu, digər tərəfdən ölkədə ayrı-ayrı siyasi qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, hərc-mərclik baş alıb gedirdi. Vəzifədə olanlar o dövrün çətinliklərini düzgün qiymətləndirə bilmirdilər.

Cənub bölgələrimizdə ayrı bir respublika yaratmaq fikrində olanlar var idi. Şimalda "Sadval", Bakıda müəyyən qruplaşmalar aktivləşmişdi, hakimiyyəti ələ keçirmək istəyirdilər. Gəncə qiyamı məhz belə bir zamanda baş verdi. Bunun səbəbini xalqın itaətsizliyində, mübariz olmamasında görmək, xalqı günahlandırmaq düzgün deyil. Çünki hərə özünün ağalıq, hakimlik missiyasını, iddiasını reallaşdırmaq arzusunda idi. Surət Hüseynov da öz fikirlərini diktə edirdi.

İyun hadisələri vətəndaşlarımızın qətli, yaralanması, hərbi bazanın dağılması, bir sözlə vətəndaş müharibəsi kimi ağır nəticələrə gətirib çıxarmışdı. Ulu öndər hər şeyi gözə alıb Gəncəyə getməsəydi, orada qiyamın yatırılmasına nail olmasaydı, vətəndaş qırğını qaçılmaz idi".
Deputat xüsusilə vurğulayıb ki, sovet quruluşu dağılanda bütün SSRİ dövlətlərində problemlər, qarışıqlıq yaranmışdı. Onun fikrincə, Azərbaycanda digər ölkələrdən belə çətin, xaoslu durum hökm sürürdü:

"Səriştəsiz hakimiyyətdən baş çıxarmayanların vəzifə hərisliyi anarxiyanın güclənməsinə səbəb olurdu. AXC-Müsavat birliyinin hakimiyyətdə olması, onların qanunsuz hərbi qruplaşmaları kənarlaşdıra bilməməsi, nizam-intizama nail olmaması qiyamları, qırğınları, ölkədaxili problemləri artırırdı. Ona görə də, çətinlikdən baş çıxara bilməyən şəxslər hərəsi bir kəndə qaçıb, gizləndi.

Həmin dövrdə hakimiyyətə məhz Heydər Əliyevin gəlməsi təbii idi. Xalq bunu tələb etdi və Heydər Əliyev xalqın tələbinə diqqət edərək, ağır faciələrin qarşısını ala bildi. Bu tarixi missiya sayəsində ulu öndərimizin yenidən hakimiyyətə gəlməsi Azərbaycanı xilas etdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1187   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalqımızın xilaskarı - Heydər Əliyev

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. May ayının 10-da 103 yaşını qeyd edəcəyimiz xalqımızın dahi şəxsiyəti

7 may
.

Türküstünda TDT liderləri çay süfrəsində söhbətləşiblər

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ərəfəsində liderlər çay süfrəsində bir araya gəliblər. xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Özbəkistan liderləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliye

15 may
.

"Azərbaycan öz suverenliyini yalnız bəyanatlarla deyil, konkret addımlarla təmin edən dövlətdir" - ŞƏRH

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi". Bu sözləri Azərbayca

4 may
.

Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir

May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd

5 may
.

Meloninin Azərbaycana səfəri başa çatdı

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını

4 may
.

Prezident və birinci xanım Cəbrayıla səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı

9 may
.

İlham Əliyev: "Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir"

Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış

15 may
.

İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-b

12 may
.

İlham Əliyev və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 81 il ötür. "Qafqazinfo" xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarə

9 may