Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH
"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərinə və üstünlüklərə malikdirlər".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
O, bildirib ki, ən böyük üstünlük Türk Dövlətləri Təşkilatının bu gün Avrasiyanın əsas xətti sayılan Cənub-Şərqi Asiya-Avropa strateji oxu üzərində əhəmiyyətli mövqe tutmasıdır:
"Belə bir mövqe Türk Dövlətləri Təşkilatının həm Cənub-Şərqi Asiyanın iqtisadi nəhəngləri, o cümlədən Çin və digər dövlətlər, həm də Avropa üçün əhəmiyyətini artırır. İstəsələr də, istəməsələr də, bu gün Çin, Cənub-Şərqi Asiyanın inkişaf etmiş dövlətləri - İndoneziya, Malayziya, Sinqapur və digər ölkələr, eləcə də Avropa Türk Dövlətləri Təşkilatının imkanlarına ehtiyac duyurlar. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı münasibətlərin möhkəm tellərlə bağlı olduğunu nəzərə alsaq, təşkilatın gücləndirilməsi onun beynəlxalq arenadakı imkanlarını və təsirini xeyli artıracaq. Aydındır ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr həm də çox əhəmiyyətli nəqliyyat və enerji dəhlizlərinin üzərində yerləşirlər".
Onun sözlərinə görə, Cənub-Şərqi Asiya ölkələrinin və Avropanın bu gün həmin nəqliyyat və enerji dəhlizlərinə, eləcə də marşrutlarına böyük ehtiyacı var:
"Bu şəraitdə Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz. Təşkilatın siyasi inteqrasiyası yolunda bu gün heç bir maneə yoxdur. Sadəcə, siyasi inteqrasiyanı mümkün qədər dərinləşdirmək lazımdır ki, dövlətlərin malik olduqları iqtisadi, nəqliyyat və logistika imkanlarını daha sıx şəkildə əlaqələndirərək bunu yaxşı mənada daha güclü bir vasitəyə çevirə bilək. Türk Dövlətləri Təşkilatının iqtisadi, nəqliyyat və logistika imkanları düzgün və səmərəli şəkildə əlaqələndirilsə, bu təşkilatın dünya miqyasında rolu həqiqətən də təsirli şəkildə hiss olunmağa başlayacaq. Yetər ki, Türk dövlətlərinin siyasi inteqrasiya imkanlarını iqtisadi, nəqliyyat və logistika inteqrasiyasına çevirə bilək".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO