Rusiya Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı maliyyə məsələlərini müzakirə etməyə hazırdır
Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi "Avrasiya mənim evimdir" sərgisində bildirib ki, Rusiya Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin, o cümlədən Ermənistanın ərazilərində atom elektrik stansiyalarının tikintisinin maliyyə məsələlərini və parametrlərini müzakirə etməyə hazırdır.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Hökumət başçılarına "Rosatom"un ən səmərəli zavodu, Rusiya-Belarus birgə layihəsi barədə məlumat verilib. Bu atom elektrik stansiyasında 1200 meqavat gücündə iki reaktor var. Birinci blok artıq istismara verilib, ikincisi isə sınaqdan keçirilir. Mişustin sərgidə Paşinyana bildirib ki, Belarus şirkətləri xərclərin 40%-dən bir qədər çoxunu maliyyələşdirir.
"Rosatom"un rəhbəri Aleksey Lixaçev bildirib ki, onlar Rusiya və MAQATE-nin ən ciddi normalarına - keyfiyyət, səmərəlilik və təhlükəsizlik qaydalarına riayət etməyə cavabdehdirlər.
Baş nazir Paşinyan deyib ki, ona Rosatom-un gücü 1200 MVt-dan aşağı olan reaktorlar təklif etmədiyi barədə məlumat verilib.
Lixaçev Paşinyana deyib ki, Rosatom 1000, 600 və ya 400 MVt gücündə reaktorlar tikə bilər, lakin bu, daha baha başa gələcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb