"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nəxirə salınmış görüşü tezliklə baş tutacaq" - Ermənistan Baş nazirin müavini
Ermənistan Baş nazirin müavini Tiqran Xaçatryan Vaşinqtonda keçiriləcək Azərbaycanla xarici işlər nazirlərinin təxirə salınmış danışıqlarının tezliklə keçiriləcəyinə inandığını bildirib.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Hesab edirəm ki, təxirə salınmış danışıqlar qısa müddət ərzində baş tutacaq", - deyə Xaçatryan bildirib.
Xaçatryan deyib ki, daim fikir mübadiləsi aparılır.
"Əgər hansısa mərhələdə biz təklif vermişiksə və hələ də bununla bağlı Azərbaycanın mövqeyi yoxdursa və ya əksinə, bu, adi prosesdir. Burada xüsusi olaraq nəyisə müşahidə etməyə ehtiyac yoxdur. Əsas odur ki, tərəflər qeyd edirlər ki, son müzakirələr və danışıqlar fikirləri daha da yaxınlaşdırır", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan xarici işlər nazirləri danışıqları Azərbaycan tərəfindən təxirə salınıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb