Azərbaycanda 3 şirkət yeni müəssisə üçün birləşir

Azərbaycanda 3 şirkət yeni müəssisə üçün birləşirSOCAR-AQŞ, Archer və Nobel Oil Services Azərbaycanda yeni birgə qazma müəssisəsi yaradaraq güclərini birləşdirir.

SOCAR-AQS, Archer UK limited (Archer) və Nobel Oil Services ilə birgə müəssisə razılaşması imzalayaraq Azərbaycanda yeni platforma qazma şirkəti-Oğuz Drilling şirkətini təsis etməsini elan edib.

SOCAR-AQS şirkətindən "Marja"ya verilən məlumata görə, Oğuz Drilling birgə müəsissəsi SOCAR-AQS, Archer və Nobel Oil Services-in dəstəyi ilə stasionar özüllərdə dünya standartlarına uyğun qazma xidmətləri, həmçinin qazma qurğularının dizayn edilməsi, modifikasiyası və yardımçı qazma xidmətləri həyata keçirəcək. Oğuz Drilling şirkəti yerli işçiləri beynəlxalq qazma sənayesinin ən yüksək standartlarına uyğun olaraq təlim verərək inkişaf etdirəcək.

Birgə müəssisə yerli dövlət qurumları və digər təsisatlar ilə yaxından əməkdaşlıq edərək stasionar özüllərdə quyu tikintisi zamanı texniki təhlükəsizlik sahəsində dünya standartlarını tətbiq etməklə səmərəliliyin və etibarlılığın təmin edilməsini planlaşdırır.

SOCAR-AQŞ ƏSAS TƏSİSÇİDİR

SOCAR-AQŞ MMC-nin Baş direktoru Ramin İsayev bildirir ki, SOCAR-AQS Azərbaycanın qabaqcıl inteqrə olunmuş qazma şirkəti olaraq özündə beynəlxalq düşüncə və standartları ehtiva edən yeni qazma şirkəti olan Oğuz Drilling-in əsas təsisçi- tərəfdaşı olmağından qürür duyur. "Qazma layihələrində sifarişçinin uğur əldə etməsi üçün Oğuz Drilling qazmada ən qabaqcıl idarəetmə sistemlərini, ən qabaqcıl təcrübəni, tərəfdaşların dünya səviyyəli təlim və kadr inkişafı infrastrukturunu cəlb edəcəkdir’’.

Oğuz Drilling-in digər təsisçi-tərəfdaşı Archer-in İcraçı vitse-prezidenti və Şimal dənizi üzrə prezidenti Con Lexner yeni yaranmış müəssisə haqqında deyir: "Oğuz Drilling -stasionar özüllərdə 40 ildən artıq qazma təcrübəsi olan və bütün dünyada tanınmış Archer və Azərbaycanda qazma sənayesi sahəsində geniş təcrübəsi olan SOCAR-AQŞ və Nobel Oil Services şirkətlərinin ideal birləşməsi olaraq təmsil olunur".

"Biz tərəfdaşlarımzla birgə Azərbaycanda və Xəzər dənizində qazma xidmətlərinin təhlükəsiz görülməsi üçün öz təcrübə və peşəkarlığımızı nümayiş etdirməyi səbirsizliklə gözləyirik."

"Nobel Oil Services, SOCAR-AQŞ və Archer ilə birgə Xəzər dənizində və dünyada qazma xidmətləri göstərən qabaqcıl birgə müəssisənin yaradılmasında güclərini birləşdirdikləri üçün məmnundur".

Maykl Rinq, Nobel Oil Services-nin Baş İcraçı direktoru qeyd edir ki, "birgə müəssisə öz müştərilərinə dünya standartlarına uyğun qazma xidmətləri göstərmək üçün Azərbaycan qazma sənayesinin 167 illik şərəfli tarixi və Archerin beynəlxalq təcrübəsini birləşdirəcək".

Yeni birgə müəssisə-Oğuz Drilling Azərbaycanda qeydiyyatdan keçib və Bakıda yerləşir.

SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və "Abşeron Qazma" Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR-AQŞ qazma işlərini Günəşli yatağının dayaz sulu hissəsində, Ümid yatağında (yüksək lay təzyiqi və mülayim temperaturla xarakterizə edilən qaz-kondensat yatağı),Qərbi Abşeron yatağında və Bulla Dəniz yatağında (yüksək lay təzyiqi və mülayim temperaturla xarakterizə edilən qaz-kondensat yatağı) həyata keçirir.

Müəssisə 2009-cu ildən bəri Beynəlxalq Qazma Podratçıları Assosiyasının (IADC) üzvüdür. SOCAR-AQŞ ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartların tələblərinə uyğun Dənizdə Neft və Qaz Quyuların Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi; Kəmər Endirmə Xidmətləri; və Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınaq Xidmətləri fəaliyyətlər sahələri üçün qiymətləndirilmiş və sertifikatlaşdırılmışdır. Hal-hazırda SOCAR-AQŞ APİ Spec Q2 standartının tətbiqi üzərində işlər aparır.

Archer, 40 ildən çox təcrübəyə malik, 8000 min işçi heyəti olan, dünyanın 100-dən çox nöqtəsində əməliyyatlara cəlb olunan və neft sənayesində xidmətlər göstərən qlobal miqyaslı şirkətdir. Şirkətin göstərdiyi qazma xidmətlərinə istismarın optimallaşdırılması, quyuların bütövlüyünün yoxlanılması, quyuların mənimsənilməsi və quyuların istismardan çıxarılması işləri daxildir. Archer öz fəaliyyətində quyu xidmətlərinin yüksək keyfiyyətlə və təhlükəsiz həyata keçirilməsini əsas prioritet hesab edir.

Nobel Oil Services, MMC Azərbaycanda və Xəzər Dənizi regionunda qazma, mühəndislik-texniki layihələndirilmə və layihələrin idarə olunması, texniki xidmət, təchizat və neftin əlavə üsullarla çıxarılması xidmətlərinin göstərilməsi üzrə aparıcı şirkətdir. Şirkətin kommersiya bölümü ölkənin xaricində xam neftin, təbii qazın və neft məhsullarının satışı və ticarəti sahələrində fəaliyyət aparır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1650   Tarix: 03 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda kolbasa istehsalı 4 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 min 240,8 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur. Noyabrın 1-nə ölkədə 18,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu d

23 noyabr
.

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 19 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 39,034 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 % azdır. Noyabrda Türkiyə Azərbaycan

6 dekabr
.

Azərbaycan alkoqollu və alkoqolsuz içkilərin idxalı ilə bağlı xərclərini 15 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 96,977 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 58,18

22 noyabr
.

Mərkəzi Bank "AZMA GROUP"u külli miqdarda cərimə etdirdi

"AZMA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Mərkəzi Bank tərəfindən külli miqdarda cərimələnib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iki protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, "AZMA GROUP"

20 noyabr
.

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır. Məsələ ilə əlaqədar Azərbayca

1 dekabr
.

Bakıda bu ərazidə evlər plana düşdü: 2700 AZN kompensasiya veriləcək

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq. -in ldə etdiyi məlumata görə, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayı

26 noyabr
.

Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu

Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəməd

26 noyabr
.

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey

6 dekabr
.

Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq

Azərbaycandan Çinə fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir. Bu gün Zaqatalada fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib

7 dekabr