Tahir Mirkişili: "Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır"
"Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır".
Bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı reabilitasiya və yenidənqurma layihələri hazırda minlərlə keçmiş məcburi köçkün azərbaycanlının tədricən öz evlərinə qayıtmasına şərait yaradır.
O əlavə edib ki, münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya Azərbaycan üçün əsas prioritetdir.
"Bura Azərbaycanın münaqişəyə məruz qalmış ərazilərində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyası da daxildir. Bu, Azərbaycan Konstitusiyası və bizim bir hissəsi olduğumuz müvafiq beynəlxalq sənədlərlə rəhbər tutulmalı və tənzimlənməli olan müstəsna daxili prosesdir. Azərbaycan etnik erməni vətəndaşlarının reinteqrasiyası səylərində irəliləyişə nail olmaq əzmindədir və bu məqsədlə birbaşa dialoq aparır".
Tahir Mirkişili vurğulayıb ki, Azərbaycan hökuməti özünün etnik erməni sakinlərlə dialoqu üzrə xüsusi nümayəndəsini təyin edib və nümayəndənin yerli ermənilərlə ilk görüşü 2023-cü il martın 1-də Azərbaycanın Xocalı şəhərində keçirilib:
"Azərbaycan hökuməti bu yaxınlarda növbəti müzakirələrin Bakıda keçirilməsi təklifini irəli sürüb. Lakin bu proses Ermənistanın müqaviməti və müdaxiləsi ilə üzləşir. Ermənistan bu prosesə müdaxilə cəhdlərini dayandırmalı və reinteqrasiya səylərinə zərbə vuran hərəkət və bəyanatlardan çəkinməlidir. Azərbaycan beynəlxalq ictimaiyyətin Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə apardığı birbaşa dialoqa dəstək verməsini gözləyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb