Diqqət! Sabahdan ölkədə qaz və işıq pulu bu tariflə ödəniləcək

Diqqət! Sabahdan ölkədə qaz və işıq pulu bu tariflə ödəniləcəkAzərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Şuradan verilən məlumata görə, iclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.

Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

İclasda Dövlət Neft Şirkəti, "Azərenerji" ASC və "Azərişıq" ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb. Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.

Şuranın iclasında həmçinin, Dövlət Neft Şirkətinin soba mazutu və reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxılması barədə müraciəti, ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsinin "Azərbaycan Hava Yolları" QSC tərəfindən istifadə olunduğu və beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin tariflərinə uyğun daşıma tariflərinin tətbiq edildiyi nəzərə alınaraq, reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

İclasda həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın qərarı 2016-cı ilin 29 noyabr tarixindən qüvvəyə minir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 18249   Tarix: 31 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nərgiz Paşayevanın qızı Kannda - Fotolar

"Nargis" nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Kann Film Festivalında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Ülviyyə Mahmudova bu haqda sosial şəbəkə hesabında görüntülər paylaşıb. O, paylaşımında "Vivienne Westwood"dan qırmızı vintaj libas və "Bvlgari"

18 may
.

Bakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən

Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə

18 may
.

Bakıxanovda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar əraziyə dərhal FHN-i

18 may
.

Çingiz Mustafayev "Space FM"ə direktor təyin olundu

"DJ Çina" ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayev yeni vəzifəyə təyin olunub. Qaynarinfo xəbər verir ki, o, "Space FM" radiosunun direktoru vəzifəsini icra edəcək. Çingiz Mustafayev təyinatı ilə bağlı məlumatı sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında yeni vəzifəy

19 may
.

Slovakiya Azərbaycanla iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirmək təklifi ilə çıxış edib

Slovakiya Azərbaycanla iqlim çağırışlarının birgə aradan qaldırılması üçün səyləri birləşdirmək təşəbbüsü ilə çıxış edib. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını

17 may
.

Ömər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir

Mənzil təhlükəsiz yaşayışın, ailə dəyərlərinin möhkəmləndirilməsinin, təhsil və məşğulluğun əldə edilməsinin, ictimai proseslərdə iştirakın və yoxsulluğun qapalı dairəsinin aradan qaldırılmasının əsas komponenti kimi çıxış edir. "Report" xəbər verir ki, belə bir bəyanatla Türkiyənin ətraf mühit

17 may
.

Serbiya prezidenti: "Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır"

Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib. "Ümid edirəm ki, Serbiya v

17 may
.

Azərbaycan və UN-Habitat gələcək WUF-lar üçün təlimat hazırlayacaq

Azərbaycan və UN-Habitat gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üzrə məlumat-əməliyyat təlimatı hazırlamaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13

17 may
.

Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək. Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömə

17 may