Hakan Fidan: "Avropada islamofobiya epidemiyaya çevrilib"
"Türkiyə yeni dövrdə qlobal problemləri fəal şəkildə həll etməyə çalışacaq".
Oxu.Az-ın məlumatına əsasən, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında deyib.
"Türkiyə Rusiya-Ukrayna müharibəsində sülhə nail olunması üçün vasitəçilik edir", - deyən nazir Fələstin-İsrail münaqişəsinin həllinin vacibliyinə də toxunub.
Nazir qeyd edib ki, Türkiyə terrorizmə, irqçiliyə qarşı mübarizə aparır. Hakan Fidan islamofobiyanın yayılmasının, müxtəlif ölkələrdə Quranın yandırılmasının yolverilməz olduğunu bildirib.
"Bu gün Avropada islamofobiya epidemiyaya çevrilib. Qurban bayramının ilk günündə Qurani-Kərim yandırıldı. Bu, inanclı insanlara təhqirdir. Hadisəni törədənə müdaxilə edilməməsi də inanclı insanlar üçün təhqirdir", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 811 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr