Səhiyyə nazirinin müavini: "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilərsə, dərmanların çeşidi artacaq"
"Əminik ki, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliklər qəbul olunarsa, dərman vasitələrinin çeşidi artacaq".
Sonxeber.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin iclasında deyib.
Nazir müavini bildirib ki, dəyişiklikdən sonra dərmanların qiymətlərinin aşağı düşüb-düşməməsi barədə nəsə deyə bilməzlər.
"Bilirik ki, pandemiya dövründə təchizat zəncirində yaranan problemlər dünyada bütün sahələrdə qiymət artımına səbəb olub. Bu da istər-istəməz dərman vasitələrinin maya dəyərinin artmasına səbəb olub. Yəni, dərman vasitələrində istifadə olunan xammalın dünya üzrə ciddi sıxıntısı var. Belə olan halda bütün dünyada qiymət artımı varsa, hansı azalmadan danışmaq olar?!", - R.İsmayılov bildirib.
O qeyd edib ki, qiymətlər tənzimlənən zaman bazarda rəqabət mühiti yaranacaq:
"Bu da istər-istəməz qiymətin aşağı düşməsinə səbəb ola bilər. Əgər qiymətlər reallığa uyğun tənzimlənməsə bazarda ciddi fəsadlar görə bilərik. İdxalçı şirkətlər qiymətləri öz biznes standartlarına uyğun qurmasa idxalı dayandırar. Mütəmadi şəkildə idxalçılarla müəyyən dərmanların ölkəyə gətirməmələrinin səbəblərini öyrənirik. Məlum olur ki, qiymətlər real bazara uyğun olmur və ölkəyə dərman vasitələri gətirilmir".
"Tarif Şurası da Səhiyyə Nazirliyinin təkliflərinə əsasən dərmanların qiymətlərinə yenidən baxır. Az riskli ssenariyə gəlincə, misal olaraq hər hansı şirkət real gəlirləri hesablamadan, yaxud əvvəlki gəlirləri hesablayaraq idxalı davam etdirir. Belə şirkətlər isə qısa müddətdə iflasa uğrayar. Təbii ki, bu, daha böyük riskdir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda çox sayda dərman idxalçısı iflasa uğrasa bazarda onların yerini tutmaq üçün növbəti şirkətlərin ayağa qalxması üçün təxminən 2-3 il vaxt lazımdır. Əlaqələrin qurulması və etimada böyük vaxt sərf edəcəklər. İdxalçılarla mütəmadi görüşürük. Bildirirlər ki, sifarişləri əvvəldən, haradasa 3-6 ay əvvəl vermək lazımdır", - nazir müavini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 998 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabr