"Baku İnşaat" MMC fırıldaq işlərlə məşğuldur - Deputatdan ŞOK İDDİA
"Baku İnşaat" MMC fırıldaq işlərlə məşğuldur"
Mən 3 ay əvvəl Milli Məclisin plenar iclasında çıxış edərək "Baku İnşaat" MMC adlı fırıldaqçı şirkət barəsində açıqlama verdim. Təxminən 8 aydan çoxdur ki, Axundov Azər İftixar oğlu ərizə ilə mənə müraciət edib. Həmin vaxt "Baku İnşaat" MMC-nin müdiri olan Muradov Fərrux Əli oğlu qəbzlə pul alıb, ancaq iş yekunlaşmayıb, şirkət vətəndaşın 18 min manata yaxın pulunu mənimsəyib.
Bunu Heftelik.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
Deputat deyib ki, son 2,5 aydır ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırır, ancaq onlar qaçır, gizlənirlər: "Hüquq-mühafizə orqanları dəvət edir, amma bunlar gəlmir, ad qoyurlar ki, rayondayıq, tikintidəyik, xaricdəyik, ölkədə deyilik. Bundan öncə Ramazan bayramında, indi də Qurban bayramında həyasızcasına sosial şəbəkələrdə reklamla, təbliğat-təşviqatla məşğuldurlar ki, insanlar onlara inansın. Ancaq insanlar bunlara inanmamalıdır. Bunlar insanlardan pul alıb, işi axıra çatdırmayıb, sonra da gizlənirlər".
Rüfət Quliyev düşünür ki, bu yaxınlarda hüquq-mühafizə orqanları buna son nöqtə qoyacaqlar və bu işbaz, əlləri əyri olan oğru insanları məcbur edəcəklər ki, ya o evi tikib qurtarsınlar, ya da pulu qaytarsınlar.
Deputat qeyd edib ki, "Baku İnşaat" MMC fəaliyyətini dayandırmayıb, insanları aldatmaq, pullarını mənimsəməklə, oğurlamaqla, qaçmaqla məşğuldurlar: "Bunların innovativ, maraqlı bir üsulu da var. Direktorun adını dəyişirlər, bir direktor çıxır, digəri gəlir, sonra bu da çıxır, başqası gəlir. Sonra da deyirlər ki, direktor dəyişib. Sənədlər, qəbzlər ki, şirkət adından verilib? Amma bunlar belə üsullara əl atırlar. Məsələn, Axundov Azər İftixar oğlundan qəbzlə pul alan şirkətin direktoru Muradov Fərrux Əli oğludur. İndi də "Baku İnşaat" MMC çox vaxt zənglərə cavab vermirlər. Cavab verəndə də deyirlər ki, Muradov Fərrux Əli oğlu gedib, indi başqa müdirdir. Məsuliyyəti şirkət daşıyır! Keçmiş direktor qaçıb, indiki direktor da cavab vermir".
Deputat məsələ ilə bağlı parlamentdə yenə də çıxış edəcək: "Milli Məclisin qarşıdan gələn iclasında mən yenə çıxış edəcəm və hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət edəcəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1991 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabr