Çox sayda vətəndaşı qanunsuz yollarla hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib
Saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
İstintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı "Asangroup Xaricdə Təhsil" adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda S.İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2499 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL Naxçıvana səyahət planlayan sərnişinlərə müraciət etdi
Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir. Bu barədə -a AZAL-dan bildirilib. Bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı-Naxçıvan-Bak
24 aprelPaytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir
Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası basketbol turniri keçirilir. Bu yarışları
24 aprelBu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl
25 aprelDostunun yasında vəfat etdi
Tovuz rayonunda yas yerinə gedən kişi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü Aşağı Quşçu kənd sakini İlqar Məmmədov dostunun yas mərasimində olarkən vəziyyəti ağırlaşıb. Nəticədə o, vəfat edib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktl
24 aprelHüquqi məsələlərdə sübut toplamaq necə aparılmalıdır? - AÇIQLAMA
Hüquqi mübahisələrin taleyini çox vaxt tərəflərin təqdim etdiyi sübutlar müəyyən edir. Eyni hadisə ilə bağlı fərqli iddialar irəli sürüldükdə, məhkəmə qərarı məhz faktların nə dərəcədə əsaslandırıldığına söykənir. Bəs görəsən hüquqi məsələlərdə sübut toplamaq necə aparılmalıdır? . Hüquqşünas Xanım Yusifov
24 aprelRepetitorsuz hazırlaşaraq 300 bal topladı
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub. -a istinadən xəbər verir ki, onlardan biri də Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızıdır. O bildirib ki, belə bir nəticən
24 aprel