"İlham Əliyev yeganə dövlət başçısıdır ki, Makronun işğalçı siyasət aparmağını Qoşulmama Hərəkatı tribunasından dünyaya çatdırdı"- Deputat

"İlham Əliyev yeganə dövlət başçısıdır ki, Makronun işğalçı siyasət aparmağını Qoşulmama Hərəkatı tribunasından dünyaya çatdırdı"- Deputat"Qoşulmama Hərəkatının Nazirlərinin görüşündə Prezident cənab İlham Əliyev çıxışında bir daha müasir dünyada hələ də ikili standartların, ədalətsizliyin hökm sürməsi barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırdı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

O bildirib ki, prezident cənab İlham Əliyev yeganə dövlət başçısıdır ki, Fransa dövlətinin və dövlət başçısı Makronun təcavüzkar, işğalçı siyasət aparmağını Qoşulmama Hərəkatının tribunasından qətiyyətlə bütün dünyaya çatdırdı:
"Bu gün millətlərin azadlığının, dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün qorunmasının təminatçısı olmalı olduğu BMT əslində bir neçə dövlətin maraqlarını müdafiə edən yararsız bir quruma çevrilmişdir. BMT TŞ nın daimi üzvü olmasından istifadə edən Fransa bir çox dövlətlərə və xalqlara qarşı işğalçılıq , soyqırım siyasəti həyata keçirir. Fransa Əlcəzairdə, bir sıra Afrika, Şərqi Asiya dövlətlərində talançılıq həyata keçirərək milyonlarla insanı qətlə yetirmişdir. Bu gün Fransa Prezidenti Makron bu çirkin siyasəti davam etdirir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Fransa dövlətinin törətdiyi bu cinayətlər barədə səslərini belə çıxarmadılar. Prezident cənab İlham Əliyev yeganə dövlət başçısıdır ki, Fransa dövlətinin və dövlət başçısı Makronun təcavüzkar, işğalçı siyasət aparmağını Qoşulmama Hərəkatının tribunasından qətiyyətlə bütün dünyaya çatdırdı.
Əslində dövlət başçımız bir çox dövlət başçılarının cürət edib söyləyə bilmədiyi fikirləri cəsarətli və qətiyyətli şəkildə səsləndirdi.
Makron işğalçı Ermənistana dəstək verməklə öz çirkin siyasətini Cənubi Qafqazda da həyata keçirmək niyyətindədir.
Bu səriştəsiz "siyasətçi" başa düşməlidir ki, regionda İlham Əliyev kimi qətiyyətli və nəhəng siyasətçi, güclü dövlət başçısı var və Makron alçalmış şəkildə geri çəkiləcək.
Prezident cənab İlham Əliyevin səsləndirdiyi digər bir qlobal problem islamofobiya oldu. Bir sıra qərb dövlətlərində islamofobiya geniş yayılmaqdadır. Bu ölkələrdə müsəlmanların müqəddəs Kitabı olan Qurani-Kərim yandırılır. Bunu söz və fikir azadlığı adlandıranlar əslində bütün islam dünyasına qarşı mənəvi terror törədirlər. Bu dövlətlərin rəhbərləri Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlərə olan hörmətə baxıb utanmalıdılar.
Azərbaycanda qeyri İslam dininə, mədəniyyətinə göstərilən qayğıdan ibrət götürməlidilər.
Qoşulmama Hərəkatının Nazirlərinin görüşündə Prezident cənab İlham Əliyev bir daha Azərbaycanın bütün dünyaya ikili standartlara son qoyulmasının, ədalətin bərpa olunmasının tərəfdarı olduğunu çatdırdı".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2364   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr