Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib

Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilibNizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib.

Sonxeber.az xəbər verir ki, şöbəsinin açılışında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və digər rəsmilər iştirak edib.

Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisəsində görülən işlər barədə məlumat verib: "İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara göstərilən xidmətlərin çeşidliliyinin və kefiyyətinin artmasına yönəlib. Cərrahiyyə şöbəsi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən cərrahi tibbi xidmətlərdən istifadəsinə imkan yaradacaq. 40 çarpayılıq cərrahiyyə bölümü yeni və müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub".

Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi və xidmətlərə əlçatanlığın təmin edilməsi nəticəsində xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub. Ötən il ərzində 9 mindən çox pasiyentə 48 mindən çox tibbi xidmət göstərilib ki, bunların 23 694-ü ambulator, 24 750-si isə stasionar xidmətlərdir. Bu il ərzində isə 18 mindən çox pasiyentə 145 mindən çox tibbi xidmət göstərilib.

Dövlət Agentliyinin sədri Zaur Əliyevin sözlərinə görə, tibbi xidmətlərin hər kəs üçün əlçatan olması prioritet hədəflərindəndir: "Tibb müəssisələrində həyata keçirilən yeniliklər vətəndaşların sağlamlıqla bağlı problemlərinin vaxtında qarşısının alınmasına yönəlib. Bu səbəbdən xəstəxanalarda kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi tədbirləri sürətləndirilib. Cərrahiyyə şöbəsi də Agentliyin dəstəyi ilə yaradılıb. Bu şöbənin yaradılması və müasir avadanlıqlarla - portativ rentgen, narkoz (anesteziya) aparatı, defibrilyator, kardiomonitor, koaqulyator ilə təchizatı tibbi xidmətlərin çeşidliliyinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq. Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan ümumi cərrahiyyə, neyrocərrahiyyə, travmatologiya, urologiya, proktologiya və lor cərrahiyyəsi üzrə xidmətlərdən Nizami Tibb Mərkəzində istifadə edə biləcəklər. Qeyd edim ki, ötən il dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurlar 354 mindən çox olmuşdur".

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə bildirib ki, əvvəllər Nizami Tibb Mərkəzinə cərrahi xidmətlərdən istifadə etmək üçün müraciət edən vətəndaşlara bu xidməti göstərmək imkanına malik olan digər tibb müəssisəsinə göndəriş verilirdi: "Məqsədimiz tibb müəssisələrində əhali üçün əlverişli şərait yaratmaq və müəssisələrin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaqdır. Bu səbəbdən vətəndaşların zamanına qənaət edərək vaxtında keyfiyyətli tibbi xidmətlə təmin edilməsi naminə daimi işlər görülür. Xəstəxanada həyata keçirilən yeniliklər əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini səmərəli təmin etməyə imkan yaradacaq".

Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.

Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilibNizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilibNizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilibNizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1955   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr