"HƏR 10 UŞAQDAN DOQQUZUNDA GÖZ PROBLEMİ VAR" - Valideynlərə populyar oftalmoloqdan təşvişli çağırış

"HƏR 10 UŞAQDAN DOQQUZUNDA GÖZ PROBLEMİ VAR" - Valideynlərə populyar oftalmoloqdan təşvişli çağırışDövrümüzün səfası və bəlası: internet, yüksək texnologiyalar, mobil vasitələr...Bütün
bunlardan faydalanacaq nəsnələrimiz çoxdur. Amma bir önəmli detala riayət etsək:
istifadə qaydalarına və təhlükəsizliyə! Xüsusilə də söhbət uşaqlardan gedirsə..
"Girirsən otağa, 7-8 aylıq körpə gözünü tikib telefona, cizgi filminə baxır. Ana yanında da
olsa, nə faydası, o da telefonla məşğuldur. Yarım saat keçir, 1 saat ötür, körpə ağlamırsa,
sakitdirsə, valideyn düşünür ki, övladı xoşbəxt və hüzurludur. Uşaq 2-3 saat telefonla
keçirir. Faciədir, çünki bu balacanın yaxın gələcəkdə ciddi göz problemlərinin
yaranacağını proqnozlaşdırmaq çətin deyil. Biz oftalmoloqlar bunu valideynə daha necə,
hansı üsulla deməliyik ki, o, canından artıq sevdiyi balasını göz görə-görə atəşə atmasın?"
Bu həyəcanlı sözlərin müəllifi "AYSMED" Klinikasının oftalmoloqu Türkan
Əfəndiyevadır. Təcrübəli həkim Azərbaycanda bu sarıdan vəziyyətin həqiqətən kritik
həddə çatdığını deyir:

"Valideynlərin çoxu övladında göz qüsurunun olmasından xəbərsizdir"

Azərbaycanda 10 il əvvəllə müqayisə etsək, uşaq pasientlərin sayı böyük miqyasda artıb.
Bunu bir həkim olaraq, öz təcrübəmdə bariz görürəm. Bir müddət əvvəl klinikamız uşaq
bağçalarında ödənişsiz müayinələr təşkil etdi. Acınacaqlı faktdır ki, hər 10 körpədən ən azı
9-da göz problemi aşkarlandı. Bu qorxuducu rəqəmdir. Əgər 15-20 il öncə bir ümumtəhsil
müəssisəsində cəmi 10-15 eynəkli uşaq vardısa, indi hər sinifdə 4-5 məktəbli gözlük taxır.
Üstəlik, valideynlərin çoxu övladında göz qüsurunun olmasından bixəbərdir. Çünki uşaq
ön sırada oturursa, yaxud körpə bağçada daha çox yaxın təmasda olursa, onun uzağı
görməsi ilə bağlı problem yaşaması gizli qalır. Odur ki, uşaq 6 aydan başlayaraq, müəyyən
periodikliklə mütləq oftalmoloq müayinəsindən keçməlidir. Bu, onun gələcəkdə gözü ilə
bağlı ortaya çıxa biləcək problemləri zamanında çözməyə yardımçı olar.

Monitor 3 yaşadək körpələrdə hansı oftalmoloji və nevrotik problemlər yaradır?

Texnoloji yeniliklərin avantajları olduğu qədər dezavantajları da yetərincədir. Son illərdə
qəbula gələn uşaqların çoxu baş ağrısı, gözlərinin sanki "yanması", əsəbilik, göz quruluğu
kimi simptomlardan şikayətçidirlər. Müayinə edərkən, söhbətləşərkən məlum olur ki,
uşaqlar günün çox hissəsi monitor arxasında keçirirlər. Fərq etməz, bu bilgisayar da ola
bilər, televizor da, telefon da, başqa elektron cihazlar da! Bəlli bir yaş qrupunda, bəlli
zaman aralığında bu cihazlar göz üçün 1 nömrəli təhlükə qaynağıdır. Mən bir oftalmoloq
olaraq, 3 yaşadək körpələrin monitor önündə zaman keçirməsini yolverilməz sayıram.
Məncə, digər həmkarlarım da bu məsələyə münasibətdə artıq "tövsiyə etmirəm" deyil,
"qadağandır" sözünü işlətməlidirlər. Çünki körpədə 3 yaşınadək gözün sürətli inkişaf
prosesi gedir. Amma sözügedən cihazlar bu təbii inkişafı pozur. Maraqlıdır ki,
Azərbaycanda bununla bağlı hər hansı normativ yoxdur. Amma ABŞ Oftalmoloji
Cəmiyyətinin normativlərində deyilir ki, körpə yalnız 3 yaşından başlayaraq, 6 yaşadək,
gün ərzində 30 dəqiqəni keçməmək şərti ilə 50 sm-lik məsafə qorunmaqla, böyük monitora
baxa bilər. O da daha çox Skype və s. proqramlarda uzaqda olan sevdikləri ilə ünsiyyət
saxlamaq üçün. İndi bizim ata-analar da zəhmət olmasa, özlərinə sual versinlər ki, övladları
bu şərtlərə əməl edir, ya yox? Uşaq ağladısa, tablet gəlsin, yemək yemirsə, telefonda cizgi
filmi qoyulsun...Valideyn beləcə öz işini və həyatını asanlaşdırır, amma fərqinə varmadan
balasına böyük zərər vurur.

"İnsan 1 dəqiqə ərzində 16 dəfə gözünü qırpmalıdır"

Bu qırpma nəticəsində sadə şəkildə desək, gözümüz yetərincə qidalanır, üstü nəmlənir,
mikrobların, tozun gözümüzə düşməsinin qarşısı alınır. Amma uşaq monitora çox baxanda,
bu rəqəm 5-6 dəfəyə düşür. Bu artıq faciənin başlanğıcıdır. Çünki balacalarda göz-ifraz
sistemi pozulur, miopiya, astiqmatizm və s. bu kimi ciddi qırma qüsurları yaranır.
Övladınızla 2 saat daha çox zaman keçirməniz, ona qayğı göstərməniz, ağlayarkən onu
sakitləşdirməniz, maraqlı nağıllar danışaraq, onu yedirməniz yaxşıdır, yoxsa balanızı
dövrün monitor virusuna yoluxduraraq, onu öz əlinizlə belə xəstəliklərə düçar etmək? Bir
də unutmayaq ki, ekran nə qədər kiçik olursa, daha böyük bəlalar doğura bilər. Geniş
ekranda şüa paylanır, telefonda və tabletdə isə 1 obyektdən, eyni nöqtədən gücləndirilmiş
təsvirlər uşağın gözlərinə "tuşlanır". Mən tövsiyə edirəm ki, uşaqlar 5-6 yaşdan sonra
yeniyetməlik dövrünə qədər gündə ən çox 2 dəfə, ümumi 30 dəqiqəni keçməmək şərti ilə
filmlərə yalnız geniş monitorda baxa bilərlər.
"HƏR 10 UŞAQDAN DOQQUZUNDA GÖZ PROBLEMİ VAR" - Valideynlərə populyar oftalmoloqdan təşvişli çağırışAutizmli uşaqlar üçün həyat qurtarıcı "MEDİWORKS" cihazı...

Təəssüf ki, son zamanlar autizmli uşaqların sayı sürətlə artmaqdadır. Bu balaca
pasientlərimizlə qısa zamanda kontakta girmək çətindir. Xüsusilə də onların göz
müayinəsindən keçirmək üçün "başını düz saxla", "çənəni tərpətmə", "gözlərini qırpma"
və s. bu tipli komandaları icra etmələri bəzən mümkünsüz olur. Hətta nəinki nevrotik
problemlər yaşayan balalarımızda, körpələrin demək olar ki, bir çoxunda analoji çətinlik
yaşayırıq. Burada köməyimizə "MediWorks" aparatı yetir. Uşaqlar bu aparatı çox zaman
fotokamera sayırlar. Uşağın nə yerində sabit durmasına, nə başını tərpətməməsinə, nə
anasının bərk tutmasına, hətta bizim balacalara təmas etməyimizə belə lüzum qalmır.
Körpə oyuncaqla oynarkən, kənardan 1 metr məsafədən bircə anı yaxalayırıq və bitdi,
balacanın həm göz ölçüsünü, həm qırıcılıq qüsurları varsa, asanlıqla aşkar edirik. Cihazın
belə funksional olması, çalışarkən əyləncəli musiqinin səslənməsi həm biz həkimlər üçün,
həm də valideynlər üçün əla fürsətdir. Artıq 6 aydan başlayaraq, həm klinikada, həm də
uşağın evinə gedərək, müayinəmizi rahat, körpəni incitmədən edə bilirik. Odur ki, əziz
valideynlər, övladınızın məktəbə getməsini, orada hansısa göz qüsurunun aşkarlanmasını
gözləməyin. Axı siz balalarınızı gözünüzdən artıq sevirsiniz! O zaman onların gözünü
qoruyun! Bu arada cihaz vasitəsilə yalnız uşaqları deyil, istənilən yaş qrupundan olan
pasienti də müayinə edə bilirik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2175   Tarix: 06 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr