Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın "Laçın" SBM-lə bağlı vəsatətini rədd etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin (SBM) qurulmasının guya qanunsuz olduğuna dair və Azərbaycan Respublikasının bütün Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi ilə bağlı qaldırdığı vəsatətləri rədd edib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə sözügedən vəsatətlə bağlı 12 may 2023-cü il tarixində müraciət etmişdi.
Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1157 Tarix: 07 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr