Zukerberq Maskın qovduğu işçilərdən komanda yığdı, məhkəmə olacaq
"Twitter" "Meta" korporasiyasını "Threads" sosial şəbəkəsini işə saldığı üçün məhkəməyə verə bilər. "Twitter" hüquqşünası Aleks Spiro bununla bağlı artıq "Meta"ya məktub yollayıb.
O, "Meta" şirkətini "Twitter"in ticari sirlərinə və digər yüksək həssas məlumatlara çıxışı olan və olmaqda davam edən işçiləri cəlb etməkdə ittiham edib. Hüquqşünasın sözlərinə görə, bu işçilərə "Twitter"in intellektual mülkiyyətindən istifadə etməklə "Threads" tətbiqini yaratmaq tapşırılıb, bu isə qanun pozuntusudur.
O, həmçinin əlavə edib ki, "Twitter" "Meta" şirkəti tərəfindən intellektual mülkiyyətindən istifadəyə qarşı məhkəmə qadağası tələb edəcək.
"Meta"dakı mənbə ittihamları əsassız adlandıraraq bildirib ki, Mark Zukerberqin sosial şəbəkəsinin yaradılmasında iştirak edən tərtibatçılardan heç biri əvvəllər İlon Maskın şirkətində ("Twitter"də) işləməyib.
Qeyd edək ki, iyulun 6-da istifadəyə verilən "Threads" mikrobloq tətbiqi Rusiya, Britaniya və ABŞ "App Store"unda birinci yeri tutub. "Meta"nın yaradıcısı Mark Zukerberq bildirib ki, artıq 30 milyondan çox insan proqrama qoşulub.
Mənbə: RTVİ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1191 Tarix: 07 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. "Report" xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
25 aprelQaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı: Ölən var (VİDEO)
Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşlar köməksiz vəziyyətdə qalıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib
24 aprelRepetitorsuz hazırlaşaraq 300 bal topladı
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub. -a istinadən xəbər verir ki, onlardan biri də Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızıdır. O bildirib ki, belə bir nəticən
24 aprelSabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
24 aprelBakının mərkəzində tikinti həyata keçirən MTK-dan ŞİKAYƏT (VİDEO)
Bir ailənin 7 üzvü evsiz qalıb.Nə kirayə pul ödənilir, nə də kompensasiya verilir. xəbər verir ki, 2021-ci ildə Nəsimi rayon Azadlıq prospekti 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaş deyir ki, düz üç ildir "Olympus Park" tikinti şirkəti ona verilə
24 aprelMEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama
"APA İnformasiya Agentliyi tərəfindən Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasınd
24 aprelAZAL Naxçıvana səyahət planlayan sərnişinlərə müraciət etdi
Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir. Bu barədə -a AZAL-dan bildirilib. Bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı-Naxçıvan-Bak
24 aprel