QHT SƏDRİ: Ermənistan beynəlxalq konvensiyaların öhdəliklərindən boyun qaçırması məsələsinə görə cavab verməlidir

QHT SƏDRİ: Ermənistan beynəlxalq konvensiyaların öhdəliklərindən boyun qaçırması məsələsinə görə cavab verməlidirAzərbaycanın sağlamlıq və ətraf mühitin müdafiəsi sahəsində çalışan bir qrup qeyri hökumət təşkilatı nümayəndəsi Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıb. Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının bu müraciəti təkcə ölkəmizin ekoloji vəziyyətinə mənfi təsirlə bağlı deyil, eyni zamanda, Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozulması ilə əlaqədardır. Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranmış ekoloji fəsadlar təkcə Azərbaycan QHT-lərini narahat etmir. Ermənistanın ekoloji terror fəaliyyəti haqqında iyunun 29-da dünyanın 20-dən çox ölkəsinin 30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı bəyanat yayıb. Artıq Ermənistan tərəfindən ətraf mühitə vurulan zərərə qarşı QHT-lərin beynəlxalq koalisiyası formalaşmaqdadır. Bu baxımdan Azərbaycan QHT-lərinin Ermənistanın ekoloji fəsadlara yol açan hərəkələrinin təkcə Arazdəyəndə metallurgiya zavodu ilə məhdudlaşmadığını göstərməsi çox vacib və əhəmiyyətlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Müraciətdə əsaslandırılmış formada Azərbaycana yaxın ərazilərdəki 12 müəssisənin müxtəlif fəaliyyətlərinin ətraf mühitə mənfi təsirinə diqqət çəkildiyini söyləyən QHT sədri deyib: "Hesab edirəm ki, Ermənistan baş naziri Nikol Paşinyan və yaxud rəhbərlik etdiyi hökumət Azərbaycan QHT-lərinin qaldırdığı məsələyə adekvat münasibət bildirməlidir. Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının bu müraciəti beynəlxalq hüquq və münasibətlər sisteminə əsaslanır.

Belə ki, Ermənistan müxtəlif konvensiyaların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ Haqqında Konvensiyasının (Konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni təmin etməkdir), BMT-in Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin (Rəhbər Prinsiplər mədən sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışın təşviqi üçün çərçivəni müəyyən edir), Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının - Espoo Konvensiyasının (Espoo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir və ekoloji məsələlərin transsərhəd xarakteri daşıdığı halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır) və Orhus Konvensiyasının (Konvensiya ətraf mühitlə bağlı məsələlərdə məlumat əldə etmək, ictimaiyyətin iştirakını və ədaləti təmin etməkdə mühüm rol oynayır) şərtlərini kobud sürətdə pozur.

Həmin Konvensiyalara görə təsirə məruz qalmış qonşu dövlətlərlə yanaşı, həmin qonşu ölkədə fəaliyyət göstərən QHT-lərin müstəqil formada həmin ərazilərdə monitorinqlər aparmaq hüququ var. Bu baxımdan Azərbaycan QHT-ləri haqlı olaraq, beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərə, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açmaq və yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaratmaq tələb olunur".

Cəsarət Hüseynzadənin sözlərinə görə, acınacaqlı fakt ondan ibarədir ki, Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və yerli icmalar üçün də mədən hasilatı ilə bağlı dialoq və qərarqəbuletmə proseslərində iştiraka şərait yaradılmayıb. Azərbaycan QHT-ləri növbəti mərhələdə Ermənistanın Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması faktını beynəlxalq təşkilatların və xüsusən BMT-nin müvafiq qurumlarının müzakirəsinə çıxaracaq. Ermənistan dövləti beynəlxalq konvensiyaların öhdəliklərindən boyun qaçırması məsələsinə görə cavab verməlidir.
QHT SƏDRİ: Ermənistan beynəlxalq konvensiyaların öhdəliklərindən boyun qaçırması məsələsinə görə cavab verməlidir


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 823   Tarix: 08 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr