"Azərbaycan bütün qarayaxma kompaniyalarına rəğmən COP29-a yüksək səviyyədə ev sahibliyi edir" - DEPUTAT
"Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilən COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı qlobal müstəvidə ekoloji problemlərin həlli, iqlim dəyişiklikləri ilə mübarizə və ölkəmizin bu sahədə siyasəti ilə bağlı bir çox mühüm məsələləri əhatə edir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə fəal rol oynayır:
"Ölkənin enerji keçidi və dayanıqlı inkişaf strategiyasında bərpa olunan enerji mənbələrinə yönəlməsi, karbon emissiyalarının azaldılması və ekologiyanın qorunması çərçivəsində yanaşmaları bunun bariz nümunəsidir.
Ölkə başçımız çıxışı zamanı dünya dövlətlərini planetimizin gələcəyini düşündürən taleyüklü məsələlərdə birgə əməkdaşlığa çağıraraq beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğuladı. Azərbaycan qlobal iqlim siyasətinə töhfə vermək üçün yeni bir model təqdim edir. Bu, ölkələrin beynəlxalq miqyasda enerji təhlükəsizliyinin artırılması və ekoloji məsələlərdə aktiv iştirakını əhatə edir.
Azərbaycan bütün qarayaxma kompaniyalarına rəğmən COP29-a yüksək səviyyədə ev sahibliyi edir və bu ölkəmizin beynəlxalq arenada fəal rolunun göstəricisi olmaqla yanaşı, xalqımızın milli mənəvi dəyərlərinin, mədəniyyətimizin təcəssümüdür".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1346 Tarix: 14 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabr