Elşad Həsənov Yasamalı 92-93-cü illərə qaytarır - FOTOLAR
Bakının Yasamal rayonundakı Yeni Yasamal yaşayış massivində sakinlərin səki və piyada keçidi ilə hərəkəti mümkünsüz hal alıb.
Sonxeber.az xəbər verir ki, bu barədə oxu.Az-ın redaksiyasına müraciət edən sakinlər məlumat veriblər. Onlar qeyd ediblər ki, piyadaların hərəkəti üçün maneələr daha çox Dadaş Bünyadzadə küçəsindədir. Belə ki, küçənin piyadalar üçün nəzərdə tutulmuş səkisi meyvə-tərəvəz satışı ilə məşğul olan alverçilər tərəfindən tamamilə zəbt olunub:
"Ərazidə antisanitariya şəraiti hökm sürür, yararsız, çürük meyvə və tərəvəzlərin tullantısı, satıcıların bir-biri ilə tez-tez mübahisə etməsi sakinləri təngə gətirib. Xüsusilə piyadaların həmin ərazilərdən rahat və təhlükəsiz keçə bilməməsi, buna görə də məcburən avtomobil yoluna çıxması təhlükə və narazılıq yaradır. Valideynlər uşaq arabası ilə, məhdudiyyətli şəxslər əlil arabası ilə sözügedən hissədən keçə bilmirlər".
Sakinlər onu da bildiriblər ki, Dadaş Bünyadzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsində də piyadaların yolu keçməsi müşkülə çevrilib. Buna səbəb oradakı yerüstü piyada keçidinin üzərində taksilərin dayanmasıdır:
"Taksi fəaliyyəti ilə məşğul olan sürücülərə dəfələrlə irad bildirmişik. Amma sakinlərin narazılığını heç vaxt diqqətə almayıblar".
Sakinlərin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2593 Tarix: 11 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr