Tovuz döyüşlərinin iştirakçıları: "Polad Həşimov posta gəldi və düşmənə qarşı vuruşmağa başladı"

Tovuz döyüşlərinin iştirakçıları: "Polad Həşimov posta gəldi və düşmənə qarşı vuruşmağa başladı"Tovuz döyüşlərinin üçüncü ildönümü ərəfəsində media nümayəndələri üçün əməliyyatların həyata keçirildiyi ərazilərə media-tur təşkil olunub.

Sonxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan media-turda jurnalistlər iyul döyüşlərinin başladığı ərazi ilə yaxından tanış olublar.

Hərbi qulluqçular 2020-ci ilin iyul ayının 12-dən 17-dək dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gedən döyüş əməliyyatlarından xatirələrini bölüşüblər.

Media-tur çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan şəraitlə də yaxından tanış olublar.

Media nümayəndələrinə bildirilib ki, Azərbaycan Ordusu dövlət sərhədində yerləşən strateji əhəmiyyətə malik bütün yüksəkliklərə nəzarət edir. Döyüşlərin baş verdiyi ərazidən düşmənin mövqeyini və yaşayış məntəqələrini görmək mümkündür. Qalib Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində 24 saat xidmət aparır, düşmənin mövqelərinə nəzarət edir.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Əsədov iyul döyüşlərinin canlı şahidi olub. Döyüşlərdə yaralanan hərbçi bildirib ki, Qarabağa gedən yol Tovuzdan başlayıb.

"İyulun 12-si günorta saatlarında "Həyəcan!" komandası verildi. Düşmən təxribat törətmişdi, onların məqsədi bizim mövqelərə hücum etmək idi. Bölmələrimiz və mülki əhali iri çaplı silahlardan atəşə tutulurdu. Həmin vaxt biz düşmən təxribatının qarşısı vaxtında aldıq. İyulun 12-də başlayan döyüş ayın 17-nə kimi davam etdi. İyulun 16-sı isə səhər saatlarında mən özüm döyüşdə yaralandım. Müalicə olunaraq hazırda xidmətimi davam etdirirəm", - Eşqin Əsədov deyib.

Hərbi qulluqçunun sözlərinə görə, 44 günlük Vətən müharibəsində də Azərbaycan Ordusunun hər zaman düşmən təxribatının qarşısını almağa və düşmənə lazımi cavabı verməyə hazır olduğu sübuta yetirilib.

Eşqin Əsədov Azərbaycan Ordusunda xidmət şəraitindən razılıq ifadə edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Amil Məmmədov 11 ildir xidmət apardığını diqqətə çatdırıb.

"İyulun 12-də qarşı tərəf iri çaplı silahlardan istifadə etməklə təxribata əl atdı. Biz də öz növbəmizdə komandanlığın tapşırığına əsasən, həmin vaxt düşmənə vaxtında cavab verərək onu geri oturtduq. Bir neçə gün davam edən döyüşlərdə düşmənə layiqli cavab verdik. Həmin vaxt bizim yanımızda olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid oldular. Qanlarını yerdə qoymadıq. Onların şəhidlik zirvəsinə ucalmasından sonra qarşı tərəfə nifrətimiz daha da çoxaldı. Tovuz döyüşləri bir növ Qarabağa gedən yolun başlanğıcı oldu. Şükür olsun ki, 30 illik işğala son qoyuldu".

Daha sonra media nümayəndələri general-mayor Polad Həşimovun şəhid olduğu postda olublar.

Bildirilib ki, bir neçə gün davam edən döyüşlərdə düşmən burda təxribatlar törədib. Qarşı tərəfin təxribatı nəticəsində postda Azərbaycan Ordusunun hərbi qulluqçuları qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. İndi bu post əsgərlərimizin and yerinə çevrilib. Hər il burada general-mayor Polad Həşimovun əziz xatirəsi anılır.

Kiçik çavuş Samir Tağıyev qeyd edib ki, döyüşlər zamanı general-mayor Polad Həşimovla bir yerdə döyüşüb: "Düşmən iyulun 12-də atıcı silahlardan mövqelərimizi atəşə tutmağa başladı. Onlar mövqelərimizə soxulmaq istəyirdi. Mövqelərimizin yarılmasına imkan vermədik. Ayın 12-də mərhum general Polad Həşimov yanımıza gəldi. O, gələndən sonra biz daha da ürəklə döyüşürdük. Ayın 14-ü səhər Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçimiz şəhid oldu. Biz bundan sonra düşmənə çox saylı zərbələr endirərək onların qanını yerdə qoymadıq".

Kiçik çavuş Azərbaycan Ordusunda xidmət etdiyi üçün qürur duyduğunu bildirib.

Baş leytenant Aqşin Alıyev də Polad Həşimovla birlikdə döyüşüb. O, Polad Həşimovla bağlı xatirələrini bölüşüb: "Qürurvericidir ki, Polad Həşimov bizimlə birlikdə döyüşərək şəhid oldu. Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Gecədən səhərə qədər birlikdə döyüşdük. Mənə mövqeləri müşahidə eləməyi tapşırmışdı. Bir də gördüm ki, onun olduğu yerə minaatan mərmisi düşdü. Polad Həşimov, İlqar Mirzəyev şəhid oldular...

Düşməni cavab atəşi ilə susdurduq, itkilər verərək geri çəkilməyə başladılar. Onlar təkcə mövqelərimizi yox, kəndlərimizi də atəşə tuturdular. Ağdam kənd sakini Əziz Əzizov da düşmənin gülləsinə tuş gələrək şəhid oldu".

Qeyd edək ki, Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub./APA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1211   Tarix: 11 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr