Bakıda kişi evə gec gələn arvadını döydü — TƏFƏRRÜAT

Bakıda kişi evə gec gələn arvadını döydü — TƏFƏRRÜATBakının Binəqədi rayonunda 1993-cü il təvəllüdlü Bəhlul münaqişə zəminində həyat yoldaşı Yetərə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 11-də rayonun 28 may qəsəbəsində baş verib.

Bəhlul yaşadığı evdə arvadı Yetərin evə gec gəlməsi səbəbindən aralarında münaqişə yaranıb.

Bu zaman Bəhlul Yetərin yumruqla sağ gözündən, təpiklə isə bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Kürdəmir rayonunda qeydiyyatda olub və Binəqədi rayonu 28 may qəsəbəsində nömrəsiz evdə kirayədə yaşayır:

"2013-cü ildən Yetər ilə ailə qurmuşam. Birgə nigahımızdan üç övladım var. Atam vəfat etdikdən sonra biz Kürdəmir rayonundan Bakı şəhərinə köçdük, 28 may qəsəbəsində kirayədə yaşadıq. Bakı şəhərinə köçdükdən sonra Yetər ilə aramızda onun işləməyi ilə bağlı mübahisələrimiz olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Yetər saat təxminən 21 radələrində evə gəldikdə ondan haradan gəldiyini soruşub:

"Bu zaman Yetər atamın ruhuna yalandan and içdi, işdən gəldiyini bildirdi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruq ilə onun göz nahiyyəsinə bir dəfə zərbə, daha sonra isə təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurdum".

İş üzrə zərərçəkmiş Yetərin sözlərinə görə, evliliklərinin ilk illərində Kürdəmir rayonunda yaşayıblar:

"Daha sonra Bəhlulun atası vəfat etdikdən sonra Bakı şəhərinə köçərək 28 may qəsəbəsində kirayədə yaşadıq. Bəhlul heç bir yerdə işləmədiyi üçün müxtəlif ünvanlarda marketlərdə işləmişəm ki, ailəmizə maddi dəstək olum. Hadisə günü işdən evə gələn zaman dayanacaqdan evə qədər olan məsafə uzaq olduğu üçün evə biraz gec getdim. Saat 21 radələrində evə gəldikdən sonra Bəhlul hansı səbəbdən evə gec gəldiyimi dedi, mənimlə mübahisə etməyə başladı. Bəhlula dayanacaqla evin arasında olan məsafə bir qədər uzaq olduğundan və həmin məsafəni piyada gəldiyini desəm də, Bəhlul başa düşməyərək mübahisəni davam etdirdi. Mühabisə nəticəsində yumruqla sağ göz nahiyyəmə, təpiklə isə bədənimin müxtəlif nahiyyələrinə zərbələr vurdu. Nəticədə xəsarət aldım".
Zərərçəkmiş qeyd edib ki, Bəhlulun bu əməllərinə dözməyib və evdən gedib. Onun sözlərinə görə, fevralın 15-də əri tərəfindən döyülməyi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, daha sonra isə Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə ərizə ilə müraciət edib.

Yetər bildirib ki, əri ilə aralarında barışıq olmayıb, məhkəmədən törədilən əmələ münasibətdə ona ədalətli cəza təyin edilməsini xahiş edib.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Bəhlul 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yeri olan ünvanə axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2487   Tarix: 11 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr