Peskov: "Kreml Türkiyənin NATO üzvü kimi üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu anlayır"
"Rusiya Ankara ilə müəyyən məsələlərdə ziddiyyətlərə baxmayaraq, Türkiyə ilə münasibətləri inkişaf etdirmək niyyətindədir".
Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, İsveçin NATO-ya daxil olmasına münasibət bildirib və bunun mənfi nəticələrə səbəb olacağını deyib.
Bununla belə, Peskov qeyd edib ki, Kreml Türkiyənin NATO üzvü kimi üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu anlayır və İsveçin Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləyir.
"Türkiyə Şimali Atlantika Alyansının üzvüdür. Türkiyənin öhdəlikləri var və buna sadiqdir. Bu, bizim üçün heç vaxt sirr olmayıb, bu baxımdan heç vaxt çəhrayı eynək taxmamışıq. Biz buna belə yanaşırıq. Bu, tarixin bir hissəsidir", - deyə o vurğulayıb.
Mənbə: İnterfaks
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1545 Tarix: 11 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr