Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində qanunsuz bina - FHN və Arxitektura Komitəsi hara baxır?
Öən yazımızda Abşeron rayonunda baş verən tikinti xaosundan yazmışdıq.
Həmin yazıda Abşeron rayonunda standartlara uyğun olmayan yaşayış binalarının sayı artdığını, gecəqondu tipində tikilən apartman formalı bu binaların böyük əksəriyyətinin sənədlərinin olmadığını vurğulayırdıq.
Sonxeber.az xəbər verir ki, AzFakt.com-un əldə etdiyi məlumata görə qeyri-qanuni yaşayışı binalarından biri də Abşeron rayonunun Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində inşa edilib. Altı mərtəbə inşa edilən bu binanın tikintisi üçün Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən heç bir icazənin alınmadığı bildirilir
Bu qaçaq binanın tikintisi zamanı bir sıra qanunların pozulduğu, keyfiyyətsiz materiallardan (binanın tikintisi zamanı istifadə olunan armaturların 300 marka sex armaturu olduğu vurğulanır) istifadə edilib.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə ərazidə aparılan inşaat işləri barədə məlumatlandırma lövhəsi olmalıdır. Məlumatlandırma löhvəsi vasitəsi ilə vətəndaşlara ərazidə parılan tikinti barədə müfəssəl məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları,müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır. Lakin Qaçaq Nəbi küçəsində inşa edilən qanunsuz 6 mərtəbəli binanın tikintisi zamanı heç bir mıəlumat löhvəsinin olmadığı, ümumiyyətlə bu binanın layihəçisi və icazə sənədi olmayıb.
Binanın tikintisində isə rəsmi müqavilə olmadan fəhlə və ustaların çalışıb.
Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində aparılan qanunsuz yaşayış binasının tikintisə isə Abşeron rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən digər aidiyyatı qurumlar "göz yumub". İddialara görə bina sahibinin yaxın qohumu Abşeron RİH-də yüksək vəzifədə çalışır. Məhz həmin məmurun vasitəsi ilə rayon İcra Hakimiyyətinin sözügedən qanunsuz yaşayış binasının tikintisinə göz yumduğu bildirilir.
Burada daha bir şübhəli məqam isə Fövqəladə Hallar Nazirliyinin də Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində aparılan qanunsuz yaşayış binasının tikintisinə müdaxilə etməməsidir.
Qanunsuz və keyfiyyətsiz formada aparılan tikintilərin dayandırılması üçün hüquqi səlahiyyəti olan Fövqəladə Hallar Nazirliyinin Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində tikilən yaşayış binasına vaxtında müdaxilə etməməsinin səbəbləri barədə növbəti yazımızda oxuculara məlumat verəcəyik.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür