"Emin Əmrullayevin deputatlara qarşı allergiyası var"

"Emin Əmrullayevin deputatlara qarşı allergiyası var"Millət vəkili Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlüyündən istefa verməsi müzakirələrə səbəb olub. Daha sonra məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova qeyd edib ki, millət vəkilinin İctimai Şura ilə bağlı səsləndirdiyi ittihamlar həqiqəti əks etdirmir. Mövzu ilə əlaqəli Yenisabah.az-a danışan millət vəkili Etibar Əliyev bildirib ki, o vaxtilə İctimai Şurada bir çox təklif irəli sürüb:

"Günel xanımın mənim fikirlərimlə bağlı münasibətini oxudum. Həmin açıqlamanı çox təhlil etmək istəmirəm, ancaq Günel xanım iddia edir ki, guya mən İctimai Şuranın iclaslarında heç bir təklif verməmişəm. Bu, böyük yanlışlıqdır və şura üzvünü təkzib etməkdən ibarətdir. Mən iclaslarda çox mühüm təkliflər vermişəm, lakin heç biri nəzərə alınmayıb.

Məsələn, təklif vermişik ki, məktəb direktorlarının seçimində şura iştirak etsin, regional idarələrə rəhbər təyin edilərkən İctimai Şura ilə də məsləhətləşsinlər, çünki şurada kifayət qədər savadlı insanlar, alimlər var. Biz də bioqrafiyalarla tanış olaq, görək ki, bizim regional idarələri təmsil edənlər kimlərdir. Dəfələrlə təhsildə dəstəbazlığa, qohumbazlığa qarşı çıxmışam. Dərsliklərlə, ali təhsillə bağlı çıxışlarım olub, amma təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyinin İctimai Şuraya qarşı münasibəti o qədər də pozitiv olmayıb. Ola bilər, nazir bizimlə 4 dəfə görüşüb, ancaq nə olsun? Bu görüşlərdə nəyi müzakirə etmişik? Nəyə nail olmuşuq? Əmrullayev qoyulan hansı suallara cavab verib?

Azərbaycan Prezidenti cənab İlham Əliyev əksər çıxışlarında ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı tapşırıqlar verir. O, problemləri qaldırmağı aidiyyəti qurumların nəzdində olan ictimai şuralara tapşırır. Çox təəssüflər olsun ki, nazirliklərin tərkibində olan ictimai şuralar normal fəaliyyət göstərmirlər, bu da əksər nazirlərin avtoritar idarəçiliyi ilə bağlıdır".

Deputatın sözlərinə görə, o, iclasdan bir gün əvvəl Elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi yazışmasının nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşılması məsələsinin müzakirəsinin gündəliyə salınmasını təklif edib. Onun bu təklifi isə qəbul edilməyib:

"İndi mənə deyirlər ki, Etibar Əliyev xahiş edib və xahişi yerinə yetirilməyib, ona görə bu statusu yazıb. Əslində mən xahiş etməmişəm, təklif vermişəm və Emin Əmrullayev də bizim "WhatsApp" yazışmalarımızı yayıb, bir neçə trol tərəfindən bu yazışmaların paylaşılmasına şərait yaradıb.

252 saylı məktəbdə çalışan müəllim həm də mənim dairəmdə yaşayır. 65 yaşı tamam olur və nümunəvi müəllimdir, onun 1 il müddətini uzatmaq mümkündürmü deyə soruşmuşam.

Bəzi nazirlər deputatların statusları haqqında məlumatları bilmirlər. Qəbul zamanı vətəndaşlar bizim yanımıza ən çox təhsillə bağlı şikayət üçün gəlirlər. Biz bu şikayətləri sistemləşdiririk, bəzilərini sorğu şəklində göndəririk.

Təklifimi qəbul etməyib, olsun, amma onun ən böyük qəbahəti şəxsi yazışmanı ictimailəşdirməkdir. Mən bu məsələnin müzakirəsini tələb etdim, lakin məsələ şurada müzakirə olunmadı. Nazir bizim şura üzvü kimi hər hansı tədbirdə çıxışımıza şərait yaratmayıb. Hətta gənc müəllimlərin qurultayında mənim adım çıxışda idi, amma adımı siyahıdan çıxartdılar.

Nazirin deputatlara qarşı sanki allergiyası var. Onlar tədbirlərə dəvət olunur, lakin heç birinə söz deməyə şərait yaradılmır. Bəs onda bu dəvətlər nə üçündür?! Biz neqativ halları deyirik, buna baxmayaraq heç bir təsiri olmur. Konkret ad çəkim, Bakı Təhsil İdarəsində Fuad Babayev adlı şəxs "direktor maklerliyi" ilə məşğul olur. Məktəb direktorlarını onun əli ilə təyin edirlər. Bunu 4-5 dəfə səsləndirmişəm, nazir heç bu məsələni araşdırmayıb, bir dəfə məndən soruşmayıb ki, bu nə məsələdir? Bu cür qeyri-səmimi mühitdə işləmək çətindir, ona görə də istefamı haqlı hesab edirəm və bütün şura üzvlərinə də hörmətim qalır, amma deməsinlər ki, Etibar Əliyev heç nə danışmırdı. Çıxarsınlar stenoqramları göstərsinlər, görək kimlər nə qədər çıxış edib, hansı təklifi verib, hansı tədbirlərdə çıxış edib.

Mən bir neçə məktəbdə şura adından gənc müəllimlərlə görüşmüşəm, onlara kitablar hədiyyə etmişəm. Sonradan bu fəaliyyət görünür, kimlərisə qane etmədi ki, bəlkə özünü təbliğ edir. Bundan sonra onu da dayandırdılar. Bəs bunlar fəaliyyət deyil?!"

"Biz təhsili və elmi deqradasiyadan xilas etməliyik. Hər bir ziyalı bunun üçün çalışmalıdır. Bilirsiniz, regionlardan bizə nə qədər şikayət gəlir? Menecer adı ilə təyin olunmuş regional idarələrin müdirləri insanları qəbul etmirlər, nümunəvi məktəb direktorlarını, müəllimləri sıxışdırıb işdən çıxarırlar. Mən dəfələrlə bunu İctimai Şuranın iclaslarında demişəm.

Mənin seçildiyim rayondakı - Suraxanı, Qaraçuxurdakı məktəb direktorlarına diqqət edirəm, dəhşətə gəlirəm, onların əksəriyyətində heç direktor obrazı yoxdur. Onlar məktəbi necə idarə edəcəklər? Bu gün məktəb adlı böyük bir dəyər artıq sıradan çıxır. Yuxarı siniflərdə dərsə davamiyyət çox aşağı səviyyədədir. Uşaqları məktəbə cəlb etməksənsə, onların məktəbdən yayındırma siyasətini Elm və Təhsil Nazirliyi dəstəkləyir. Cənab Prezidentin təhsilə olan yüksək münasibətini hamımız görürük, biz bu etimadı doğrultmalıyıq. Biz hanısa fərdin müdafiəsi ilə məşğul olmamalıyıq, dəyəri qorumalıyıq"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1322   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr