"Gilan Holdinq" Kəmaləddin Heydərovun nəzarətindən çıxdı?

"Gilan Holdinq" Kəmaləddin Heydərovun nəzarətindən çıxdı?Azərbaycanın ən iri şirkətlərindən biri olan "Gilan Holdinq" MMC adının dəyişməsi ilə yenidən gündəmə gəlib. Qaynarinfo xatırladır ki, "Gilan Holdinq" MMC bundan sonra "Xəzri Solytions" MMC adlanacaq. Şirkətin qanuni təmsilçisi isə Hüseynov Mübariz Əhmədağa oğludur.

O, ötən ildən etibarən "Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.

Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, Mübariz Hüseynovdan əvvəl isə bu vəzifədə Cəmil Muradov idi. Cəmil Muradov həm də holdinqə daxil olan bir çox şirkətin qanuni təmsilçisidir.

"Gilan Holdinq"in rəsmi veb-səhifəsində yerləşdirilən məlumata görə, şirkət 1987-ci ildən fəaliyyət göstərir. Holdinq fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınır. Bir neçə il əvvəl məlumat yayılmışdı ki, şirkət artıq onun nəzarətindən çıxarılır.

İddialara görə, "Gilan Holdinq"in adının dəyişməsi, bundan əvvəl isə Kəmaləddin Heydərovla qohumluq əlaqələri olduğu bildirilən Cəmil Muradovun Mübariz Hüseynovla əvəzlənməsi bu prosesin tərkib hissəsidir.

"Gilan Holdinq" MMC-də onlarla şirkət birləşib. Həmin şirkətləri təqdim edirik:

INSPECTİON DEVELOPMENT MONİTORİNG

QƏBƏLƏ ASFALT ZAVODU

QƏBƏLƏ TİKİNTİ MƏHSULLARI MÜƏSSİSƏS

GİLAN SERAMİK ZAVODU

GİLAN & KNAUF

GİLAN PACİFİC İNŞAAT

LOTOS

QƏBƏLƏND İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI

GİLAN TURİZM

QƏBƏLƏ OTELİ

GİLAN OTELİ

YENGİCƏ İSTİSU SAĞLAMLIQ MƏRKƏZİ

HEYDƏR ƏLİYEV ADINA KONQRES MƏRKƏZİ

PULLMAN BAKU

QAFQAZ BAKU CİTY HOTEL & RESİDENCES

QAFQAZ PARK HOTEL

QAFQAZ RESORT HOTEL

QAFQAZ POİNT HOTEL

QAFQAZ RİVERSİDE

RESORT HOTEL

QAFQAZ SPORT HOTEL

QAFQAZ SAHİL HOTEL

CRESСENT HOTEL

AGRO-AZƏRİNVEST

BAKI CD EMALI ZAVODU

QƏBƏLƏ FINDIQ EMALI ZAVODU

GİLAN AGROTECH

BELTMANN PİANO ZAVODU

QƏBƏLƏ KONSERV ZAVODU

LƏNKƏRAN KONSERV ZAVODU

GİLAN LİFT ZAVODU

GİLAN DƏYİRMANLARI

GİLAN ZEYTUN

GİLAN PLASTİK

GİLAN SERVİS

GİLAN DƏRİ EMALI ZAVODU

GİLAN ÇAY İSTEHSALI

GİLAN TEKSTİL PARKI

Siyahı "Gilan Holdinq"in saytından götürülüb. Mediada gedən məlumatlarda isə bildirilir ki, holdinqə daxil olan şirkətlərin sayı 300-dən çoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2368   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr