Bulvardan şikayət: "Dedim ki, çay 2 manat olsun..."

Bulvardan şikayət: "Dedim ki, çay 2 manat olsun..."Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2022-ci ili 102 min manat mənfəətlə başa vurub.

Halbuki, qurum 2021-ci ildən 5,514 milyon manat zərərlə çıxmışdı.

Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 19,398 milyon manat (əvvəlki ilə nisbətən 41,1 % çox), xarici valyuta əməliyyatları gəlirləri 2 min manat (əvvəlki il zərər olub), digər gəlirləri 2 min manat (50,8 dəfə az), insan resursları üzrə xərcləri 11,325 milyon manat (0,7 % çox), amortizasiya və köhnəlmə xərcləri 2,138 milyon manat (2,5 dəfə az), inzibati və sair əməliyyat xərcləri isə 5,838 milyon manat (2,2 dəfə çox), təşkil edib.

Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359,416 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % çoxdur.

Hesabat dövründə qurumun öhdəlikləri 2,6 % artaraq 14,655 milyon manata, balans kapitalı isə 0,3 % artaraq 344,762 milyon manata çatıb.

Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Bildirək ki, DBİ-nin ili mənfəətlə başa vurması müsbət haldır. Ancaq bu gün vətəndaşların istirahət etdiyi Dənizkənarı Bulvarda fəaliyyət göstərən kafe və restoranlarda mövcud qiymətlər imkansız ailələrin həmin xidmətlərdən yararlanmasına imkan vermir.

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şura bu poblemin həlli ilə bağlı hansısa təkliflə çıxış edib?

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev Cebhe.info-ya bildirdi ki, son illər bir sıra dövlət qurumlarında ictimai şuralar yaradılıb:

"O cümlədən də Dənizkənarı Bulvar İdarəsində İctimai Şuraya seçkilər elan olundu və biz də vətəndaş olaraq namizədəliyimizi irəli sürdük, düşündük ki, ölkə başçısının sərəncamına əsasən QHT sədri olaraq şəffaflığın təmin olunması üçün səy göstərib nəyəsə nail ola bilərik.

Seçki çox şəffaf, ədalətli təşkil olunmuşdu. Düşündüm ki, seçkiləri belə təşkil edən qurum şəffaf işləməyimizə də maneələr yaratmayacaq. Bizə vəsiqə veriləndən hesab edirdik ki, orada fəaliyyət göstərə bilərik. Sonra İctimai Şura olaraq Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədri İlqar Mustafayevlə görüşmək istədik ki, bir aydan çoxdur seçilmişik, könüllülük prinsipi ilə fəaliyyət göstərən QHT rəhbəri və İctimai Şura üzvləriyik.

Qanunvericiliklə bizim maaş almaq hüququmuz, səlahiyyətimiz yoxdur. Bizim sədrlə görüşümüz baş tutdu, bildirdim ki, əgər formal olaraq İctimai Şura yaradıbsızsa, biz bilək. Əgər fəliyyət göstərməyimizi, şəffaflığın təmin olunması üçün birgə çalışmağımızı istəyirsizsə, şərait yaradılmalıdır.

Dənizkənarı Bulvar ictimai və insanların istirahət edəcəyi bir yerdir. Ölkə başçısının dəstəyi, təşəbbüsü ilə Dənizkənarı Bulvarda çox gözəl işlər görülüb və bunu danmaq olmaz. Ancaq İdarənin sədri bildirdi ki, "Bulvar açıq havadır, gedin orada xidmət göstərin, bizim sizə veriləcək yerimiz yoxdur, yer verə bilmərik".

Digər qurumlarda bu təcrübə var. Əgər bizim otağımız yoxdursa, bizə daxil olan şikayətləri qəbul edə bilmirik. Biz hansısa problemin həlli ilə bağlı paralel çalışmalıyıq. Bizə dedi ki, sizə yer vermirik, nə istəyirsiz edin. Mən də İctimai Şura üzvlərinə bildirdim ki, bununla bağlı ölkə başçısına müraciət edək. Onlar dedilər ki, bəlkə verdilər. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Mən dəfələrlə DBİ nə qədər tənqid eləsəm də, İctimai Şura üzvləri bu tənqidə qoşulmadı və hər biri bir QHT rəhbəridir. Beləlikə, Bulvar İdarəsi bizi "saymadı".

Ramil Əliyev DBİ-yə iradlarının olduğunu da deyir:

"Bulvardakı xidmət məkanlarında çayın qiyməti 10 manatdır. Buna büdcəsi çatmayan insanlar var. İmkanlı şəxslərlə yanaşı aşağı büdcəli vətəndaşlar üçün də yerlər olsun.

Yəni, 1-2 manatalıq çay satılan yerlər olsun. İnsanlar rayondan Bakıya qonaq gəlir, gəzinti üçün Dənizkənarı Bulvara çıxırlar. Bulvarda bir mürəbbə ilə çayı 10 manata təklif edirlər. Ancaq bu barədə irad bildirməyimə baxmayaraq, kafe sahibləri deyirdilər ki, bizdə belədir.

Mən İdarənin sədrinə dedim ki, Bulvarda qiymətlər çox bahadır. O bildirdi ki, onu biz deyil, sahibkarlar özləri tənzimləyir. Dedim ki, siz DBİ rəhbəri olaraq ən azından bir sosial yer aça bilərsiniz və orada 2 manata çay olsun və aşağı büdcəli insanlar oradan istifadə etsinlər.

Ancaq DBİ bizə hesabat təqdim etmir, yaxına buraxmırlar. İctimai Şuranın fəaliyyətinə 5 faiz belə şərait yaratmayıblar. Ancaq İdarənin rəhbəliyi nədənsə bizə maneələr yaradır. Biz də bilmirik ki, hara müraciət edək. Elə bir mexanizm də yoxdur ki, ictimai şuraların fəlaiyyətini yoxlasın, qiymət versin.

Biz artıq İctimai Şura olaraq fəaliyyətimiz dayandırmışıq. İstəyirəm ki, vətəndaş, QHT sədri olaraq ictimai nəzarətin tam şəfaf şəkildə formalaşmasında əməyim olsun. Ancaq görürəm ki, müəyyən güclər var ki, qarşıma maneələr qoyur.

İctimai Şura elə bir qurumdur ki, orada tək sədr qərar verə bilməz, səs çoxluğu ilə olmalıdır.

Qeyd edim ki, Dənizkənarı Bulvar İdarəsinin özünün mühafizə xidməti və "parkovşik"ləri var. Onlar sözün əsl mənasında istirahət üçün gələnlərin hər birinə pul gözü ilə baxırlar. Məhz Dənizkənarı Milli Parka insanlar istirahət üçün gəlirlər, soyulmaq üçün yox. Başa düşürəm ki, həmin "stayanşiklər" 5 manat çörək pulu üçün dayanır. Ancaq orada yığılan böyük məbləğ kimin cibinə gedir. Maraqlıdır ki, Su İdman Sarayının ətrafında saxlayan maşınlardan yığılan pullar hara gedir?"

İctimai Şura sədrinin sözlərinə görə, digər qurumlarda belə bir təcrübə var ki, əməkhaqqı almasalar da ictimai şuraları texniki ləvazimatla təmin edirlər və ən azı bir otaq verirlər:

"Əgər ölkə başçısının sərəncamına əsasən DBİ İctimai Şura yaradırdısa, niyə bunu yarımçıq icra edirdi. Bulvar İdarəsinin rəhbərliyi əsaslı şəkildə tənqid etməyimizə baxmayarq bizə cavab vermir. Görünür, o ölkə başçısının sərəncamını oxumur, ona əməl eləmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1783   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr