Taxılın ucuzlaşması spirtli içkilərin qiymətinə TƏSİR EDƏCƏKMİ?
Son aylar taxılın qiymətində müəyyən qədər ucuzlaşma var. May ayında Azərbaycana xaricdən gətirilən ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə (354,4 ABŞ dolları) 13 faiz aşağıdır.
Taxılın qiymətindəki ucuzlaşma Azərbaycanda unun topdansatış qiymətinin enməsi ilə də müşayiət olunub. Hazırda 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,5 - 37,2 manat təşkil edib. Halbuki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 - 41,5 manat olub.
Amma maraqlıdır ki, taxıl qiymətləri ucuzlaşdığı halda, taxıldan hazırlanan spirtli içkilərin qiymətində hər hansı dəyişiklik yoxdur. Görəsən, niyə?
Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin (LİM) sədri Akif Nəsirli taxıldan hazırlanan spirtli içkilərin qiymətinin ucuzlaşmamasının səbəbini həmin məhsul üzrə ölkəmizdə idxalın geniş olması və idxal prosesində rəqabət mühitinin olmaması ilə əlaqələndirib:
"Azərbaycanda taxıldan hazırlanan spirt istehsalı geniş yayılmayıb. Taxıldan çəkilən spirt içkiləri ölkəmizdə demək olar ki, yoxdur. Ölkəmizdə taxıldan spirt çəkmək ənənəsi yoxdur. Bu məhsul əsasən ölkəmizə idxal olunur. İdxal da əsasən Ukrayna və Rusiya vasitəsilə həyata keçirilir.
Lakin müharibə şəraitində bu idxalı həyata keçirmək də çətinləşib. Belə vəziyyətdə idxalı həyata keçirənlər də riskin ciddi olduğunu əsas gətirərək, taxılın qiymətinin düşməsinə rəğmən, ondan hazırlanan spirtli içkilərin qiymətini aşağı salmırlar.
Spirt çəkmək üçün taxılın proteini yüksək, 22-23 faiz olmalıdır. Hazırda ölkə daxilində 12,5 faizlik proteinə malik buğda istehsal edirik. Digər tərəfdən, Rusiyadan idxal etdiyimiz məhsulun zülallıq dərəcəsi də 12,5 faizdir.
Başqa bir tərəfdən, Azərbaycanda spirtli içki istehsalı sahəsində rəqabət mühiti də yox dərəcəsindədir. Bəziləri sindikat razılaşmaya gedərək, bu sahə üzrə bazarı öz əllərində saxlayır və oraya kənardan digərlərinin daxil olmasına imkan vermirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 914 Tarix: 12 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr