"Pullu onlayn xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır" - Bəhruz Əliyev

"Pullu onlayn xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır" - Bəhruz Əliyev"Süni intellektin(AI) və süni intellektdən istifadə edən böyük şirkətlərin bu sahəyə nəzarət edən etik komanda saxlama kimi tələbləri olmalıdır. Həm də etik komandanı dövlətlər də qorumalıdır".

Bu sözləri informasiya texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev Sonxeber.az-a deyib.

O qeyd edib ki, pullu onlayn xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır. Onlayn ödəniş qəbul edən saytlar təhlükəsizlik testlərindən və Auitdən keçirmədən xidmətə buraxılmamlıdır:

"Böyük şirkətlərin etik komandasında işləyən işçiləri öz şirkətləri həqiqəti gizlətməyə məcbur edə bilər. Ona görə də etik komandalar dövlətin dəstəyini yanlarında hiss etsələr daha düzgün olar. Şirkətlərin öz məqsələrinə çatmaq üçün, etik komanda işçilərini işdən çıxarmaqla bağlı məhdudiyyəti olmalıdır. Dövlətin əlaqədar orqanı qarşısında buna görə cavabdehlik daşımalıdır. Bəlkə də dünyadakı qanunvericiik və Venesiya Konvensiyası hələlik buna hazır deyil. Amma artıq vaxtı çatmışdır. Həyəcan təbilini çalmaq lazımdır. Sahəyə nəzarət effektivliyi üçün Etik komandaların təşkili və onlara paralelel olaraq dövlət nəzarəti çox əhəmiyyətlidir. Süni intellektin gücünü əlində saxlayanlar balansız güc əldə edəcəkdir. Artıq müəyyən narahat məqamlar özünü biruzə verir. Bunlar hələ işıq üzü görən məlumatlardır. Görünməyən bir çox tərəfinin olması da şübhəsizdir.
Bir neçə gün öncə müxtəlif xəbər saytlarında olan məlumatlarda yazıldı ki, sən demə bəzi məqalə, kitab satan saytlardan ChatGPT məqalə və kitabları pulsuz əldə edirmiş. Hətta pullu kitab linklərini süni intellektə təqdim edən istifadəçilər, elektron məqaləni, kitabı pulsuz ələ edə bilirlərmiş. Belə başa düşmək olar ki, Süni İntellekt(AI) öz istifadəçisini razı salmaq üçün hakerlik edirmiş. Belə ki, OpenAI Microsoft Bing ilə olan müqaviləsinə əsasən ChatGPT internet əsaslı axtarışlar edə bilirdi. ChatGPT Plus-un bu xüsusiyyətdən istifadə edən üzvlər süni intellektdən ödənişli link və PDF-ləri oxumasını tələb edirmiş. Süni intellekt də mətnləri onlarla paylaşırmış. Bu hadisədən sonra OpenAI Bing-lə olan bəzi xüsusiyyətləri dayandırdı. Ona görə ki, ChatGPT Bing ilə axtarış xüsusiyyətlərindən istifadə edərək, pullu mətnləri ChatGPT Plus olan üzvləri ilə paylaşdığı üzə çıxdı. Xəbər saytına istinadən bildirilir ki, OpenAI bəzi hallarda söhbət botuna istifadəçilər URL göndərərək, əslində pullu olan tam mətn istəyiblər. Bu halda ChatGPT tam mətni paylaşdığı pullu, məqalə və kitab saytlarının təhlükəsizlik divarlarını aşdığı bilirilir. Firkrimcə, istisna deyil ki, həmin saytların da təhlükəsizliklə bağlı bəzi boşluqları olub. Əks halda bu mümkün olmaya bilər. Bu bir daha onu göstərir ki, pullu online xidmət verən saytlar öz təhlükəsizliklərini yüksək səviyyədə qorumalıdır. Online ödəniş qəbul edən saytlar təhlükəsizlik testlərindən və Auitdən keçirmədən xidmətə buraxılmamlıdır.OpenAI 3 iyul 2023 tarixindən məzmun sahiblərinə haqlarını vermək üçün, problemi həll edənə qədər Bing ilə bəzi parametrləri dayandırdı.
Fikrimcə bu məsələ hələ davam edəcək və məhkəmələr çoxalacaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1143   Tarix: 12 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr