General iş adamını məhkəməyə verib - Aldığı 5 mənzilin kvadratı əksik imiş...
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə iş adamı Hacı İbrahim Nehrəmli arasında məhkəmə çəkişməsinin apellyasiya mərhələsi başlayır.
Qaynarinfo xəbər verir ki, apellyasiya şikayətini Adil Əliyev verib. Birinci instansiya məhkəməsinin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumat olmasa da, generalın şikayətçi olması onu deməyə əsas verir ki, qərar onu qane etməyib.
Adil Əliyevin şikayətinə Bakı Apellyasiya Mərhələsində Elnur Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta Konserni" MMC də iş üzrə cavabdeh qismində cəlb edilib.
Adil Əliyevlə Hacı İbrahim Nehrəmli arasında mübahisə 2019-cu ildən davam edir. Həmin vaxt iş adamının mediaya verdiyi açıqlamadan məlum olur ki, Adil Əliyev sonradan "Avesta Konserni" MMC-yə birləşdirilən "Tərəqqi" MTK-nın inşa etdiyi yaşayış binasından 5 mənzil alıb. Adil Əliyevin şikayəti mənzillərin ölçülməsi metodikası barədədir. İş adamının qalmaqal barədə mediaya verdiyi açıqlamadan müəyyən hissələri təqdim edirik:
"Adıçəkilən şəxsin (Adil Əliyevi nəzərdə tutur-red) 5 il gözləyib, daha sonra mənzilin ölçülərinin hesablama metodikasından şikayət edib, həm sahibkara, həm məhkəmə sisteminə, həm də dövlət ekspertizasına təzyiqlər etməsi və şantaj yolu ilə külli miqdarda pul, 100 min dollar və 60 min manat tələb etməsi dövlət məmuru adına tamamilə ziddir.
Məlumat üçün qeyd edim ki, sözügedən mənzillər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əməkdaşları üçün tikilib. Adil Əliyev isə dövlətin təklif etdiyi güzəştlərdən sui-istifadə etməklə fərqli insanların adına güzəştli şərtlərlə 5 mənzil və 2 qaraj əldə edib. Təsəvvür edin, orta ranqlı dövlət məmuru şəhərin mərkəzi rayonunda yerləşən binadan 5 ədəd iri ölçülü mənzillər alır və mənzillərin hər kvadratı üçün orta hesabla 500 manat olmaqla ödəniş edir. Adil Əliyev buna hansı yolla nail olub, xəbərim yoxdur. Halbuki, Nazirlər Kabinetində çalışan və bu mənzilləri güzəştli şərtlərlə əldə etmək istəyən daha ehtiyaclı və layiqli insanlar var. Əslində, Adil Əliyevin ödədiyi məbləği ona qaytarıb, mənzilləri eyni şərtlərlə həmin insanlara satmaq daha düzgün olardı".
Haci İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, həm də "Xəzər adaları" layihəsi ilə məşhurdur. 2015-ci ildə Beynəlxalq Bankla bağlı kredit qalmaqalında Hacı İbrahim Nehrəmlinin də adı keçirdi. Həmin vaxt yayılan məlumatlarda onun bankdan 1 milyarda manata yaxın kredit götürdüyü iddia edilirdi. Yeri gəlmişkən, "kredit qalmaqalı"ndan sonra Hacı İbrahim Nehrəmlinin əksər layihələri, o cümlədən "Xəzər adaları" dayandı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...