"Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin" - Bacılar bu dəfə bir-birini ittiham etdi

"Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin" - Bacılar bu dəfə bir-birini ittiham etdiBinəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi yekunlaşmaq üzrədir.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə sənədlərin tədqiqi mərhələsi keçirilir.

Budəfəki prosesdə A. Əliyevanın yazdığı, iş materiallarına daxil olan ərizə elan olunub.

Ərizədə yazılıb ki, eks-bələdiyyə sədri həbs edilməzdən bir müddət əvvəl, istintaqın gedişindən narazı qaldığı üçün intihara cəhd edib.

A.Əliyeva deyib ki, əsassız olaraq ittiham edildiyi üçün intihar məqsədilə özünü dənizə atmaq istəyib.

Təxminən 50 dəqiqə davam edən prosesdə iş üçün əhəmiyyət kəsb edən daha bir neçə sənədə baxış keçirilib.

Proses boyu müşahidə etdiyimiz əsas məqam isə birgə ittiham olunan bacıların bir-birinə soyuq münasibət göstərməsi oldu.

İclasın sonunda məlum oldu ki, bu aralar bacıların münasibəti heç də yaxşı deyil.
Ətraflı

A.Əliyevanın bacısına əsəbi halda dediyi sözlərdən aydın oldu ki, bacısı ev dustaqlığına buraxıldıqdan sonra onunla soyuq davranır, onu görmək üçün cəzaçəkmə müəsisəsinə gəlmir:
"Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin. Hamısı mənə görə idi! 7 ay içəridə qaldın, özün hər şeyi gördün. Bütün işlərdə sən də mənimlə olmusan, ağlını başına qoy! Meymunun boğazına su dolanda balasını ayağının altında qoyur. Məni o həddə çatdırma!"

İ.Turkut gülümsəyərək bacısını sakitləşdirməyə çalışıb, cümə günü cəzaçəkmə müəsisəsinə gedəcəyinə söz verib.

İş üzrə növbəti proses iyulun 18-i keçiriləcək.

Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Turkut 2021-ci ildə həbs ediliblər.

A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdədir. İ.Turkut isə ibtidai istintaqın sonunda ev dustaqlığına buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3538   Tarix: 13 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021