Ceyhun Bayramov: "Ağdamın, Qarabağın dirçəldilməsi ölkəmizin bir nömrəli məqsədidir"
"Prezident İlham Əliyevin dediyi kimi, Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi, buranı uzun illər Vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün tez və qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək ölkəmizin bir nömrəli məqsədidir".
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən "Ağdamın dirçəlişi" adlı tədbirdə deyib.
"İki gün bundan əvvəl Prezident İlham Əliyev 2023-cü ilin ilk altı ayının ölkəmizin sosial-iqtisadi inkişafının nəticələrinə dair çox önəmli yeni mesajlar verdi. Mesajlar ondan ibarət oldu ki, Azərbaycan dövlətinin çox böyük potensialı var. Azərbaycan dövləti ən yüksək standartlarla Qarabağımızı bərpa etməyə qadirdir, bunu tez bir zamanda, keyfiyyətlə edəcək. Buna nə qədər resurs lazımdırsa, Azərbaycan dövləti bunu əsirgəməyəcək. 2023-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafı buna imkan verdi. Dövlət büdcəsinə yenidən baxıldı. Prezidentin qeyd etdiyi kimi, dövlət büdcəsinin artırılan 3,1 milyard manatının mütləq əksəriyyəti Qarabağın dirçəldilməsinə və ordu quruculuğuna yönəldiləcək", - deyə xarici işlər naziri qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1146 Tarix: 13 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr