Ömürləri ana bətnində bitən qızlar, ailələrin imtina səbəbləri - ARAŞDIRMA

Ömürləri ana bətnində bitən qızlar, ailələrin imtina səbəbləri - ARAŞDIRMAQonşumuz Səriyyə xalanın 4 qızı, 1 oğlu var. İlk qızı dünyaya gələndə sevinib. Birincidən sonra doğulan qızların adını Yetər, Bəsti, Kifayət qoyub. Nəhayət, 4-cü cəhddə oğul övladı olub. Adı Uğurdur. Səriyyə xala Uğurla öz "uğuru"nu qazandığını düşünür. Lakin qızlarını dünyaya gətirərkən, özünü uğurlu qadın hesab etmirdi. Çünki həyat yoldaşının soyadını davam etdirməyə, ona arxa-dayaq olmağa mütləq oğul lazım idi. Yetərin, Bəstinin, Kifayətin "bəxti" gətirib, dünyaya gələ bilib. Çünki Səriyyə xalanın yaşadığı şəraitdə müasir tibbi texnoloji vasitələrə çıxışı yox idi. Lakin bütün qızlar bu 3 qız kimi şanslı deyil...

Təsadüfi deyil ki, Azərbaycan gender əsaslı cins seçiminə (GƏCS) görə dünyada birinci yerdədir. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya görə, 100 qıza 102-106 oğlan nisbətindədir. Yəni, heç bir müdaxilə olmazsa, hər 100 qız uşağına 102-106 oğlan doğulur. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, hazırda ölkəmizdə doğulan 100 qıza 112 oğlan düşür. Yəni ölkəmizdə qızların sayı azalır, oğlanlar çoxalır.

Gender əsaslı cins seçimi ölkənin demoqrafik vəziyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərən zərərli təcrübədir. Bu, zorakılıq hallarının artması, iqtisadi tənəzzül və böhranla nəticələnə bilər. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 nəfər çox olacaq. Kişilərin sayının çoxluğu təhsildə daha kəskin gender fərqi, əmək bazarında qadınların azalması, ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, gəlinqaçırma, erkən nikah, insan alveri və s. kimi mənfi halların artmasına səbəb ola bilər. Təcrübə göstərir ki, birinci uşaq qız olanda belələrinin bəxti gətirir, 99 faizi həyatda qalır. İkinci uşaq qız olanda 30, üçüncüdə isə 74 faiz abort edilir. Bu da nəticədə cins nisbətinin pozulmasına gətirib çıxarır.

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyinin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov deyir ki, beynəlxalq təcrübə ilə milli təcrübəni müqayisə etsək, Azərbaycanda ən önəmli problem "Reproduktiv sağlamlıq haqqında" Qanunun qəbul olunmamasıdır. İkinci problem də reproduktiv sağlamlıqla bağlı xüsusi fənnin tədris olunmamasıdır:
"Bəzi insanlar gender əsaslı cins seçimini maddi vəziyyətlə əlaqələndirirlər. Amma apardığımız araşdırmalar göstərir ki, belə deyil. Bizim ölkədə əsas amil qadınların ailədə qayınanaları, anaları, qohumları, həyat yoldaşları tərəfindən təzyiqlərə məruz qalmalardır. Əgər bir qadının 3 və 4 övladı qızdırsa, ailədə ciddi problemlə üzləşir. Bunlar patriarxal stereotiplərdir və mübarizə aparılmalıdır. Əgər bu, maddi problemdən qaynaqlansa idi, oğlan uşaqları ilə bağlı da belə statistikanı görərdik. Oğlan uşaqları ancaq planlaşdırılmamış hamiləlik olanda abort edilir. Bu da çox azdır. Qız uşaqları isə bəzi ailələrdə məhz qız olduqları üçün arzulanmır".

E.Səfərov deyir ki, belə hallarla mübarizə aparmaq üçün qanunvericilikdə məsuliyyət növü müəyyənləşdirilməlidir:

"Məsələn, Cinayət Məcəlləsində müvafiq maddəyə "gender əsaslı cins seçiminin aradan qaldırılması ilə bağlı" cümləsi əlavə olunmalıdır. Buna təhrik edən və həyata keçirən cəzalandırılmalıdır. Qanunvericilikdə abortlarla bağlı bir müddəa var, lakin gender komponenti o maddədə qeyd edilməyib. Bu səbəbdən, onunla bağlı sanksiyalar müəyyən edilmir. Məsuliyyət növü tətbiq edilməsə, biz istədiyimiz nəticəyə gələ bilməyəcəyik. Qız, oğlan uşağı fərqi olmamalıdır. Bu gün qızlarımız var ki, inkişaf etmiş ölkələrdə təhsil alır, işləyir. Onlar bizim səsimizdir. Bu ayrı-seçkiliklə cəmiyyət olaraq mübarizə aparmalıyıq".

Mütəxəssislər deyir ki, selektiv abortlara zəmin yaradan əsas faktor stereotiplərdir.

Biz hamımız "Qızlar zəif, oğlanlar güclüdür", "Oğul övladı arxa-dayaqdır", "Qızıma oğlum nəzarət edir" kimi gender stereotiplərinin aşılandığı cəmiyyətdə böyümüşük. Müasir dövrdə gəlinlərin belinə qırmızı lent bağlandıqda "7 oğul istərəm, bircə dənə qız, gəlin" ifadəsini eşidir, əl çalırıq. Yaşadığımız cəmiyyətdə hər birimizin ətrafında öz işinin peşəkarı, güclü, cəsarətli, uğurlu, heç kimin arxa-dayaq olmasına möhtac olmayan, özü öz ayaqları üzərində dayanan qızlar mövcuddur. Bizim adlarını tarixə yazdıran qadınlarımız var. Stereotiplər və təzyiqlərdən qorxmayaraq, arzularının ardınca gedən qadınlar azdırmı? Məsələn, ilk balerina Qəmər Almaszadə kimi. Bu gün Azərbaycan səhnəsinin balet ulduzları Qəmər Almaszadə sənətindən ilham alır. İlk snayper qadın Ziba Qəniyevanı tanıyırmı gender əsaslı cins seçimi edənlər? O, Azərbaycanın qəhrəman əsgəri idi. İkinci dünya müharibəsində diviziyasında ən yaxşı snayper hesab edilirdi. İlk təyyarəçi qadın Leyla Məmmədbəyova öz dövrünün canlı əfsanəsi olub. Valideynlər öz qızlarından cəmiyyətə yeniliklər gətirməyi bacaran potensial liderlər yetişdirə bilərlər. Yəni qızınızdan imtina etmək əvəzinə, onun xəyallarını gerçəkləşdirməsinə dəstək ola bilərsiniz. Gəlin, patriarxal stereotipləri qıraq, bəşəriyyəti xilas edək. "Hər övlad həm bəzəkdir, həm şərəf" deyək. "Qızını sevməyən dizini döyər" deyək, "7 oğul istərəm, bircə dənə qız, gəlin" deyil, "Sağlam övlad istərəm" deyək. Çünki qız uşaqlarının hələ ana bətnindən cinsiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, imkan və azadlıqlardan məhrum edilməsindən sadəcə cəmiyyət deyil, ümumilikdə bəşəriyyət itirir.

"Kaspi" qəzeti


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2014   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr