21 ildir xaricdə yaşayan həmvətənimiz: "İsveçə gələndə qalmağa yerim belə yox idi" - MÜSAHİBƏ

21 ildir xaricdə yaşayan həmvətənimiz: "İsveçə gələndə qalmağa yerim belə yox idi" - MÜSAHİBƏDaha yaxşı təhsil almaq, sonra qayıdıb ölkəmizdə işləmək niyyəti ilə İsveçə gedir. Arzusunda olduğu yaxşı təhsili alır, sonra iş həyatına başlayır. İki dəfə Azərbaycana qayıtmaq şansı yaranır, amma hər birində maneə çıxır. Düşünür ki, qismət İsveçdə qalmaq imiş. 21 ildir İsveçdə yaşayan, bu ölkədə şirkətlər qrupu üzrə baş mühasibatlıq sahəsində konsaltinq xidməti göstərən azərbaycanlı Hikmət Rzasoy.

O, Azərbaycanda Kooperasiya Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr və magistr təhsili alıb. H.Rzasoy daha sonra İsveçin Höteborq Universitetində beynəlxalq idarəetmə üzrə magistratura oxuyub. Ardınca, həmin universitetdə beynəlxalq mühasibatlıq üzrə daha bir magistr təhsili alıb.

H.Rzasoyun "Kaspi" qəzetinə verdiyi müsahibəni təqdim edirik:

- Azərbaycanda bakalavr və magistr təhsili almısınız, bir neçə il sonra isə İsveçə köçmüsünüz. Təhsili başa vurandan İsveçə gedənə qədər fəaliyyətiniz nədən ibarət oldu?

- 1997-98-ci illərdə magistratura təhsili aldım. 2002-ci ildə isə İsveçə gəlmişəm. Dörd ildə nə etdiyimi soruşursunuz. İngilis dilimi təkmilləşdirmişdim və onu harada inkişaf etdirə biləcəyim haqqında düşünürdüm. Əcnəbilərin qonaq gəldiyi restoranda masabəyi kimi işə başladım. İki il orada işlədim. Sonra başqa bir restorana şərik kimi getdim. Daha sonra bir sığorta şirkətində sığorta agenti kimi çalışdım.

- Ölkə xaricinə getmək qərarı verməyiniz necə oldu?

- Həm bakalavr təhsilimi bitirən dövrdə, həm də magistraturadan sonra iş axtarışında idim. İngilis dili biliyim olsa da, ürəyimcə olan iş tapa bilmirdim. Düşünürdüm ki, Azərbaycanda yaxşı iş tapmaq üçün xaricdə təhsil almalıyam. İnternetin Azərbaycana yeni-yeni gəldiyi vaxtlar idi. İnternet klublara gedirdim. Orada CV yazmağı öyrənirdim, xarici ölkələrdə oxumaq imkanlarını araşdırırdım. İsveçə təhsil almaq və sonra Azərbaycana qayıdıb, yaxşı iş tapmaq niyyəti ilə gəldim.

- Niyə İsveç?

- Azərbaycanda işlədiyim dönəmdə xaricdə təhsil üçün də pul toplayırdım. Eyni zamanda xarici universitetlərə, amma təqaüdlü olanlara müraciət edirdim. Müraciət zamanı yaxşı təhsil verən ölkələri seçirdim. Birinci il üç, ikinci il isə beş ölkənin universitetinə sənədlərimi göndərsəm də, heç birinə qəbul olmadım. Üçüncü il yeddi ölkənin universitetinə müraciət göndərdim. Bu dəfə təqaüdlü olmayanlar da var idi. İsveçdə üç, Amerikada bir universitetə qəbul oldum. Təqaüdlü olmasa da, İsveçin Höteborq Universitetini seçdim. İsveçin ikinci ən böyük şəhəri idi, ona görə düşündüm ki, həm də bu cəhətdən yaxşıdır.

- İsveçə təhsil almaq üçün gedəcək qədər pul toplaya bilmişdiniz?

- Bir az özüm toplamışdım, bir az valideynlərim verdi, bir qismini də dostumdan borc aldım. Ümumilikdə əlimdə çox məhdud miqdarda pul var idi. Bilirdim ki, İsveçə gələr-gəlməz özümə iş tapmalıyam. Gələndən üç ay sonra iş tapdım.

- Nə işi idi?

- Qəzet daşıyırdım. Qəzetlər qəsəbəyə gətirilir, bizə ünvanların siyahısı verilirdi, mərkəzdən qəzetləri götürüb ünvanlara çatdırırdıq. Gecə saat ikidən səhər saat altıya kimi işləyirdim.

- Vaxt cəhətdən tələbəyə sərf edən iş olub...

- Vaxt cəhətdən ola bilər, amma çox çətin idi. Azərbaycanda mən restoranda çalışanda əcnəbi qonaqlar gəlirdilər, üç dollara iki-üç qurtumluq "Espresso" kofesi içirdilər. Deyirdim ki, üç dollara iki qurtum kofe niyə içəsən ki? Qəzet daşıyanda, gecələr demək olar ki, yatmırdım. Universitetdə, bölündüyümüz qruplarda bizə təqdim edilən elmi mövzularda fikir mübadiləsi aparırdıq. Orada hiss edirdim ki, gözlərim açıqdır, amma beynim deyilənləri anlamır. "Espresso"nun ikisini və ikiqat acılı olanını içirdim ki, beynim çalışsın. Təhsil aldığım müddətdə orada çalışdım.

- Bəs sahənizlə bağlı işlərə başlamağınız necə oldu?
- Təhsilimi başa vurandan sonra Finlandiyaya köçdüm. Keçmiş həyat yoldaşımın qohumlarının ailəvi dostu var idi, onların restoranının maliyyə işlərini mənə həvalə etdilər. Paralel olaraq mühasibatlıq bürosunda işə başladım. Mühasibatlıq bürosunda dörd-beş şirkətin mühasibatlıq işlərini görürdüm. Orada çox da qalmadıq, qayıdıb İsveçdə işlədim. İsveçdə sahəmlə bağlı iş tapmağım o qədər də rahat olmadı. Finlandiyada işləyəndə İsveçdə 180 şirkətə iş üçün müraciət etmişdim. 10-u müsahibəyə çağırdı. Üç şirkət ikinci müsahibəyə dəvət etdi və bir şirkətdə işə başladım.

- İsveçdə iş tapmağınızı bu qədər çətinləşdirən nə idi?

- Bu çətinlik əsasən İsveç dilini bilməməyə görə olurdu. İsveç dilini az-çox bilirsinizsə, burada yaşayırsınızsa, iş tapmaq o qədər çətin deyil. Təbii ki, tək İsveç dili kifayət deyil, ingilis dilini çox yaxşı bilməlisən. Mən buraya gələndə ingilis dilini bilirdim, amma çox yaxşı səviyyədə yox. Dil biliklərimi inkişaf etdirmək üçün kitabxanalardan ayrılmadım. Ümumiyyətlə, heç nə mümkünsüz deyil. İnsan özünə gün ağlamalıdır. Heç kim sənin üçün nə isə etməyəcək. Mən İsveçə gələndə, qalmağa yerim belə yox idi. Hotel də rezerv etməmişdim. Hostel tapıb qaldım. Müəyyən çətinliklər olur, amma həll etməyi bacarsan, davamı gəlir. İsveç universitetləri çox güclüdür. Ağır sənaye ölkəsidir. İş çoxdur və işçi qüvvəsinə ehtiyac da çoxdur. Azərbaycanlılar işləməyi sevən insanlardır, burada iş tapa bilərlər.

- İsveçdə konsultasiya xidməti göstərirsiniz. Niyə müstəqil fəaliyyəti seçdiniz?

- Əvvəllər mən şirkətlərdə çalışırdım. Hansısa şirkətin işçisi olursan, bir müddət sonra düşünməyə başlayırsan ki, sərf etdiyin vaxt və əməyin qarşılığı olaraq aldığın maaş nə dərəcədə ədalətlidir? Maaşım məbləğ olaraq İsveç üçün çox yaxşı idi. Yenə də düşündüm ki, işimə görə daha az pul verilir. İstəyirdim istirahət etmək üçün vaxtım qalsın. Onun bir yolu şirkətləşmək idi. Konsaltinq şirkəti kimi qeydiyyatdan keçdim, öz şirkətim vasitəsilə konsaltinq xidməti göstərirəm. Saata görə ödəniş alıram. Bir aktyorun teatrı deyirlər. Mənim şirkətim də bir nəfərlikdir. Bu formada işləmək mənə rahatdır.

- Bəs qazanc necədir?

- Özümə əvvəl aldığım qədər maaş təyin edirəm. Çünki maaş verəndə 60 faizi qədər də dövlətə vergi ödəməlisən. Şirkətin pulunu qocalığıma saxlamağa və investisiya etməyə meylliyəm.

- İnvestisiyalarınızdan danışaq. İki layihədə mələk investorsunuz. Bu, həm də riskdir. Bu riski gözə almağınız necə oldu?

- Bir dostum var, həm də iş şərikimdir. İlk dəfə o mənə belə bir yatırımdan danışdı. Onunla birlikdə alman şirkəti olan "Datamin"ə investisiya etdik. İkinciyə - "RoadBird"ə isə özüm tək yatırım etdim. Təsisçilər yatırım edən şəxslərlə vaxtaşırı görüşlər keçirir, görülən işlər və nəticələrlə bağlı məlumatlar verirlər. Bu görüşləri çox intizamlı şəkildə keçirirlər. "LinkedIn"də mələk investor olduğumu qeyd edəndən sonra yazanlar çox oldu. Böyük qisminin ideyaları var, yatırım etməyimi istəyirlər. Süni intellekt və "fintex" informasiya texnologiyaları üzrə layihələri nəzərdən keçirməyə çalışıram. Mələk investisiya elədir ki, anlıq qərar vermirsən. Yatırım təsisçisi ilə görüşürsən, layihələrinin təqdimatını edirlər. Sən də analiz edirsən, sonra qərar verirsən. Risklidir, bilirəm ki, bu yatırımlar sıfırlana da bilər. Yenə də risk etməyi gözə alıram.

- Deyirlər insanları daha çox xoşbəxt olan ölkələrdə sakinlər həm də bu səbəbdən depressiyaya düşürlər. Dünyanın ən xoşbəxt ölkələri siyahısında İsveç də ön sıralardadır. Ətrafınızda nələri müşahidə edirsiniz?

- Mən insanların xoşbəxtlikdən depressiyaya düşməsi yanaşmasına inanmıram. İsveçin havası ilə əlaqədar depressiyaya düşməyin mümkün olduğunu bilirəm. 2002-ci ilə kimi günəşli ölkədə yaşamışam. Hətta yay çox isti olardı, günəşi sevməzdim. İsveçə gələndə sevindim ki, soyuq ölkəyə gəlmişəm. Amma elə soyuq və qaranlıq havasına görə 2010-cu ildə ilk dəfə depressiyaya düşdüm. Oktyabr ayına depressiya ayı deyirlər. O ayı adladınsa, hər şey yaxşı olacaq. Mən də həmin ay depressiyaya düşmüşdüm. Stokholmda yaşayıram. İsveçdə günəşin ən çox çıxdığı şəhərdir. Günəşin çıxması hələ havanın isti olması demək deyil. Burada yay iki ay yarım olur. Ən yüksək isti də 30-35 dərəcədir. Keçən il heç o da olmadı. İnsanın depressiyaya düşməyində havanın soyuqluğunun və qaranlıq gecənin uzun olmasının böyük təsiri var.

- Bəs İsveçə gedəndən sonra xoşbəxtlik miqdarınızda dəyişiklik oldumu?

- Oldu. Mən İsveçə gələndə, ən çox istədiyim yaxşı təhsil almaq idi. Dəyərli təhsil aldığımı gördüyüm üçün çox xoşbəxt oldum. Pandemiyada daha da əmin oldum ki, nə yaxşı ki, İsveçi seçmişəm. Pandemiyanın ən pik vaxtında İsveçdə heç bir restoran bağlı deyildi, hava limanları işləyirdi, hara istəsən gedə bilərdin. Almaniyada hər yer bağlı idi. Mən isə hər yerə gedə bilərdim. Mənim üçün azadlıq çox önəmlidir. Azadlıq olanda, insan xoşbəxt olur.

- İsveçə yaxşı təhsil alıb geri dönmək niyyəti ilə getmisiniz. Bəs niyə dönmədiniz?

- (Gülür) İsveçə gəlmək istəyəndə valideynlərim mənə icazə vermirdilər. Düşünürdülər ki, getsəm, dönməyəcəyəm. Mən də demişdim ki, oxuyub dönəcəyəm. Həmin vaxt dönmək fikrində idim. İsveçə gələr-gəlməz iş tapdım, dedim ki, bəlkə heç dönməyim. Zaman-zaman dönməklə bağlı fikrim dəyişirdi. İki dəfə Azərbaycana qayıtmaq şansım oldu, amma hər birində maneə çıxdı. Düşündüm ki, qismət deyil.

- Hikmət bəy, İsveç kimi ölkədə yaşayan, fəaliyyət göstərən şəxs olaraq gənclərə nə məsləhət görərsiniz?

- Tək gənclər yox, hamımızın çox oxumağımız lazımdır. Öz üzərimizdə çox işləməliyik. Kitab oxumaqla yanaşı, texnologiyanın inkişafı ilə ayaqlaşmaq da çox önəmlidir. Əks halda geri qalacağıq. Deyl Karnegi, Karl Saqan kimi müəlliflərin yazdığı elm mövzusunda bacarıqlar və vərdişlər haqqında kitabları oxumağı hamıya tövsiyə edirəm. ChatGPT, Midjourney.com kimi saytlardan da bəhrələnməyə cəhd etsinlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1735   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şabranda hotelin fəaliyyəti DAYANDIRILDI - SƏBƏB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidmət

14 aprel
.

Nərimanovda restoranın qarşısında kütləvi dava - Video

Paytaxtın Nərimanov rayonunda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb. -a istinadən xəbər verir ki, hadisə "Tempo Baku" restoranının qarşısında baş verib. Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə olub və daha sonra davaya çevrilib. Tərəflər bir-birilərinə xəsarətlə

13 aprel
.

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən "Adilbərəkət" MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlam

13 aprel
.

Gec gələn zəng qadının məzarlıqda ölməsinə səbəb oldu - VİDEO

Türkiyənin Aksaray vilayətində məzarlıq ziyarəti zamanı dəhşətli qətl hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ortaköy rayonunun Oğuzlar kəndində, Gamze Yıldırım adlı qadının valideynlərinin məzarını ziyarət edib dua etdiyi vaxt baş verib. Bu zaman qadının boşanmaq üzrə olduğ

13 aprel
.

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - VİDEO

Azərbaycanın şəhid Milli Qəhrəmanı Mübariz İbrahimovun toylardan birində çəkilən videosu sosial şəbəkələrdə trend olub. -a istinadən həmin kadrları təqdim edir:

14 aprel
.

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı yola salındı

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutub. "Report"a istinadən xəbər verir ki, 1 298 ton dizel yanacağı yüklənmiş 22 ədəd vaqondan və 240 ton gübrə yüklənmiş dörd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasında

14 aprel
.

Pensiyalar bu tarixdə ödəniləcək

Aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququn

13 aprel
.

Ağstafa çayından sel keçdi - Rayon mərkəzi ilə əlaqə çətinləşdi (FOTO)

Ağstafa çayından sel keçib. "Report"a istinadən xəbər verir ki, rayonun Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb. Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır. Hazırda sözügedən kəndlərin sakinləri alternati

14 aprel
.

"Valideynlərin uşaqların peşə seçiminə tam biganə qalması da, həddindən artıq müdaxilə etməsi də sağlam yanaşma deyil" - AÇIQLAMA

Uşaqların gələcək peşə seçimi həm onların həyat keyfiyyətinə, həm də psixoloji sağlamlığına birbaşa təsir edən ən mühüm qərarlardan biridir. Bu prosesdə valideynlərin rolu danılmazdır. Lakin tez-tez sual yaranır: valideynlərin uşağın peşə seçiminə müdaxiləsi nə dərəcədə doğrudur? . Bu məsələ ilə bağl

13 aprel