Bacısı oğlu vasitəsi ilə Dubaydan Bakıya 40 "İphone" göndərdən biznesmen kimdir?

Bacısı oğlu vasitəsi ilə Dubaydan Bakıya 40 "İphone" göndərdən biznesmen kimdir?Dubayda 40 ədəd "İphone" markalı telefon gətirən biznesmenin bacısı oğlu saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Ağcəbədi şəhərində anadan olmuş, ali təhsilli, fərdi qaydada həkim asissenti işləyən Ayxan biznesmen dayısı Xəyal Alıyevin dəvəti ilə Dubaya gedib.

Əvvəllər adı Xəyal Alıyev olan, hazırda adını və soyadını dəyişdirərək Camal Ağayev (soyad-şərti) edən biznesmen bacısı oğlu Ayxanın Dubaydan dincəlməsi üçün 1978-ci ildə Yevlax şəhərində anadan olmuş Həmidə adlı qadını da Dubaya dəvət edib.

20 oktyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində Ayxan Bakıdan Dubaya uçub. Dayısı əvvəlcədən otaq ayırtdığı otelin vizit kartının şəklini ona göndərib, o da həmin vizit kartı taksiyə göstərib və bu yolla otelə gedib. Oteldə dayısı yanında olan əvvəllər görmədiyi bir qadınla onu qarşılayıb, həmin qadınla tanış edib və adının Həmidə olduğunu deyib. Dayısı Həmidə üçün də həmin oteldə ayrıca nömrə ayırıb. Dayısından həmin qadının kim olmasını soruşanda geri qayıdanda həmin qadınla birlikdə qayıdacaqlarını bildirib. Bundan sonra dayısı Camal öz işlərinin arxasınca gedib.

Bir neçə gün sonra dayısı ina "40 ədəd mobil telefon var, onları Bakıya aparacaqsız" deyib. Necə olacağını soruşduqda Camal "şübhə çəkməsin deyə 2 nəfər aparsa yaxşıdır, hərəniz 20 ədəd telefonu çantanızda keçirə bilərsiz, Dubay gömrüyündə problem ola bilməz, sizi heç kəs yoxlamayacaq. Əsas Azərbaycan gömrüyüdür, oraya da çatanda bir-birinizdən ayrı gömrüyü keçin ki, bir yerdə gəlməyiniz şübhə yaratmasın, çalışın içərisində telefon olan çamadanı rentgen aparatına qoymadan keçirəsiniz, əgər məcbur qalsaz, deyərsiz ki, guya ki, telefonu bəyan etmək istəyirsiz", deyə cavab verib.

Bundan sonra dayısı ona 8 ədəd "İphone 14 Pro 128GB", 8 ədəd "İphone 14 Pro 256GB" və 4 ədəd də "İphone 14 Pro Max 256GB" olmaqla 20 ədəd telefon verib, onları əl çantasının içərisinə qoyub. Eyni sayda telefonları Həmidə də çantasına qoyub.

Camal "gömrüyü keçməzdən əvvəl telefonları əl çantasından baqaja qoyarsız, çünki çamadan bunkerdən keçəndə artıq rentgen onu yoxladığı üçün gömrükçülər çamadanı yox, əl yükünü yoxlayırlar" deyib. Bundan sonra taksi çağırıb onları aeroporta yola salıb. Dayısının təlimatı əsasında əgər problemsiz olaraq gömrüyü keçsələr, onunla əlaqə saxlayacaq, o da telefonu kimə vermək lazım olduğunu deyəcəkdi.

Ayxan Həmidə ilə birlikdə İstanbul üzərindən tranzit olaraq Bakıya uçub. Ayxan bunkerdən gələn çamadanını götürüb tualetə gedib və orada əl çantasında olan 20 ədəd mobil telefonları çamadana yerləşdirib. Bundan sonra gömrük əməkdaşlarının xidmət apardığı xəttə yaxınlaşaraq əl yükünü "Qırmızı kanal"da olan rentgen qurğusuna qoyublar. İçərisində mobil telefonlar olan çamadanı isə əl arabasının üzərində yoxlamaya məruz qalmadan keçirmək istəyib. Keçib getmək istəyəndə gömrük əməkdaşının tələbi ilə içərisində telefon olan çamadanı rentgen qurğusuna qoymağa məcbur olub, həmin vaxt dayısının təlimatı əsasında gömrük əməkdaşına çamadanda bəyan olunası telefonları olduğunu, onları bəyan etmək istədiyini deyib. Bundan sonra yoxlama otağına aparılıb, orada hal şahidlərinin iştirakı ilə çamadanına baxış keçirilərək dayısının verdiyi 20 ədəd mobil telefon aşkar edilib götürülüb.

Bir müddət sonra Həmidənin də saxlanılaraq çamadanında olan mobil telefonların aşkar edilib götürüldüyünü bilib. Dayısının təklifini qəbul edərkən edəcəyi hərəkətin cinayət olduğunu bilməyib. Belə ki, dayısına güvənib və onun bacısoğlunu ziyanlı bir işə cəlb edə biləcəyini düşünməyib. Hadisədən sonra dayısı ilə münasibətləri pozulub. Törətdiyi əməldən peşman olduğunu buildirib və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ayxan və Həmidə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və onlar 5 il müddətə azadlıqdan məhrum edilib. Hər ikisinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3318   Tarix: 17 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr