"Veysəloğlu" gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü

"Veysəloğlu" gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü"Veysəloğlu" gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü

Şirkətlər Qrupu BMT ilə həmrəylik göstərərək qadınların əmək bazarında, iş yerlərində, cəmiyyətdə səlahiyyətlərini genişləndirmək ilə bağlı öhdəlik götürüb

Veysəloğlu Şirkətlər Qrupu peşəkar həyatda bərabərliyi dəstəkləmək məqsədilə BMT-nin "Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması" layihəsində iştirak edir.

Şirkətlər Qrupunun təmsilçisi BMT-nin Qadınlar Təşkilatı və BMT-nin İnkişaf Proqramının ekspertlərinin iştirakı ilə Azərbaycanda Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərini imzalayan şirkətlər üçün təşkil edilən təlimdə iştirak edib. 20-yə qədər özəl şirkət nümayəndələrinin iştirak etdiyi praktiki təlimdə Azərbaycanda özəl şirkətlər tərəfindən daha çox qəbul edilən prinsiplər haqqında müzakirələr aparılıb.

Tədbirdə Şirkətlər Qrupuna bu istiqamətdə təşəbbüskarlığına görə sertifikat təqdim edilib.

"Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri əsas Dayanıqlı İnkişaf Məqsələrindən olan gender bərabərliyinə nail olmaq üçün korporativ səviyyədə nümayiş etdirilə biləcək ən böyük dəstəyi ifadə edir. Bu prinsipləri qəbul edən özəl müəssisələr qadınları səlahiyyətləndirən təcrübələri inkişaf etdirərək "Gündəlik 2030"a öz töhfələrini verirlər," - BMT-nin İnkişaf Proqramının proqram direktoru Leyla Fəthi deyib.

"Şirkətlər Qrupu olaraq gender bərabərliyi mövzusunda Birləşmiş Millətlər Təşkilatı ilə həmrəylik nümayiş etdirir və inanırıq ki, qadınların dəstəklənməsi nəinki qadınlar, həm də biznes, iqtisadiyyat və cəmiyyət üçün zəruridir.",- deyə Şirkətlər Qrupunun PR və Kommunikasiyalar departamentinin rəhbəri Jalə Əzizova qeyd edib.

Veysəloğlu Şirkətlər Qrupunun qadın fermerlərə dəstəyi, Qrupa daxil olan OBA market tərəfindən həyata keçirilən "Qadının Gücü" kimi sosial təşəbbüsləri gender bərabərliyini və qadınların iş yerində, əmək bazarında və cəmiyyətdə səlahiyyətləndirilməsini təşviq etmək məqsədi ilə həyata keçirdiyi sosial layihələrdir. Şirkətlər Qrupu əhalinin həssas qrupları və qadınların işlə təmin edilməsi istiqamətində layihələrə xüsusi önəm verir, hər il yeni iş yerləri açaraq yüzlərlə qadının işlə təmin olunmasında müstəsna rol oynayır.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsində qaliblərdən biri elan edilib.
"Veysəloğlu" gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü"Veysəloğlu" gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü"Veysəloğlu" gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü"Veysəloğlu" gender bərabəriliyini dəstəklədiyinə görə BMT-nin İnkişaf Proqramının sertifikatına layiq görüldü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1385   Tarix: 17 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr