Hər gün bir satınalmanın qalibi olan "VNM SERVİS" MMC-yə bu şəraiti kimlər yaradır?

Hər gün bir satınalmanın qalibi olan "VNM SERVİS" MMC-yə bu şəraiti kimlər yaradır?Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı, rayonlarda yerləşən istismar idarələri tərəfindən elan olunmuş bir çox tenderlərin keçirilməsi prosedurunda ciddi qanun pozuntularına yol verilməsi barədə demək olar hər gün yeni məlumatlar yayılır. Sözügedən cəmiyyətə tabeli qurumların keçirdiyi tenderlərdə hər il yeni bir MMC qalib çıxarılır, hesablara pullar köçürür, müəyyən məqsədləri həyata keçirildikdən sonra o şirkətlərdən heç xəbər-ətər qalmır. Bu ilin başlanğıcından isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələr "VNM SERVİS" MMC ilə işbirliyinə başlayıblar. Səhmdar cəmiyyətin yerli idarələri cari ilin iyun, iyul aylarında adıçəkilən MMC ilə 25 satınalma müqaviləsi bağlamışlar.

Bəs bu 25 satınalma müqaviləsi bağlanılmış MMC-nin fəaliyyət dairəsi barədə nə kimi məlumatlar var? Açıq internet mənbələrində MMC-nin barəsində demək olar ki, heç bir məlumat yoxdur. Amma bu MMC-nin iyun-iyul aylarında, yəni son 45 gün ərzində bir-iki satınalmadan başqa, ancaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələrin keçirdiyi tender və kotirovka sorğularının qalibi olması barədə dövlət satınalmalarının vahid internet portalında geniş məlumatlar var.

Belə ki, MMC mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və sürtkü yağlarının satın alınması, maşın mexanizmlərin ehtiyyat hissələrinin satın alınması, avtomobillər üçün ehtiyat hissələrinin satın alınması, cari təmir işləri üçün tikinti materiallarının və azqiymətli əşyaların satın alınması, torpaq qazan mexanizimlərə və avtomobillərə ehtiyat hissələrinin satın alınması və sürtgü yağlarının satın alınması üzrə Astara, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul, Abşeron, Ağdaş, İsmayıllı, Zaqatala, Ağcabədi, İmişli, Bərdə, Yevlax, Füzuli, Samux, Laçın, Xaçmaz, Şabran kimi rayonların Suvarma Sistemləri İdarələrinin və bir sıra Hidroqovşaq İstismarı İdarələrinin keçirdiyi açıq tender və kotirovka sorğularının qalibi olub və ümumilikdə 1 093 239 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Məlum olduğu kimi respublikada analoji iş və xidmətləri həyata keçirə biləcək onlarla belə şirkətlər var. Amma bir MMC, bir quruma tabeli onlarla idarənin sifarişlərini əldə edirsə, burada şəffaflıqdan söhbət belə gedə bilməz. Bu tər-təmiz inhisarçılıqdı. Bu azad rəqabətin açıq şəkildə pozulmasıdı ki, buna da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəvac verir.

Göründüyü kimi, dövlət sifarişlərinin hərəsi bir rayondan verilib. MMC cəmi 45 gün ərzində ancaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli idərələrdən ümumi olaraq 1 093 239 manat məbləğində dövlət sifarişləri alıb. Nizamnamə kapitalı cəmi 10 manat olan, maddi-texniki bazası barədə heç bir məlumat olmayan "VNM SERVİS" MMC-nin bu işləri necə reallaşdıra biləcək? Görəsən MMC eyni anda, ayrı-ayrı rayonlarda maşın mexanizmləri üçün ehtiyyat hissələri ilə, sürtgü yağları ilə necə təmin edəcək? Bu sifarişləri həyata keçirmək üçün MMC-nin, maddi-texniki bazası, ixtisaslaşdırılmış işçi qrupu varmı?

Bunlardan əlavə MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli idərələrin hələ davam edən, yəni tamamlanmamış tender və kotirovka sorğularında da qalib çıxıb.

Zərdab Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı müxtəlif növ sürtkü materiallarının satınalınması üzrə 44.379,8 manat məbləğində satınalma 13.07.2023-cü il tarixdə açıqlanıb;

Tərtər Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı maşın və mexanizimlər üçün motor və sürtkü materiallarının satın alınması üzrə 9.735 manat məbləğində satınalma 13.07.2023-cü il tarixdə açıqlanıb;

Salyan Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı sürtkü yağlarının satın alınması üzrə 12.957,29 manat məbləğində satınalma 11.07.2023-cü il tarixdə açıqlanıb;

Hacıqabul Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı maşın mexanizmlər və avtonəqliyyat vasitələriüçün ehtiyyat hissələrin satın alınması üzrə 138.059,53 manat məbləğində satınalma 07.07.2023-cü il tarixdə açıqlanıb;

Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin hələ tamamlamadığı maşın-mexanizmlər, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və sürtkü materiallarının satın alınması üzrə 60.877,68 manat məbləğində satınalma 06.07.2023-cü il tarixdə açıqlanıb;

Xaçmaz Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı sürtkü materiallarının satın alınması üzrə 26.500,44 manat məbləğində satınalma 06.07.2023-cü il tarixdə açıqlanıb;

Füzuli Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı sürtkü materiallarının satın alınması üzrə 4.500,52 manat məbləğində satınalma 04.07.2023-cü il tarixdə açıqlanıb;

Şabran Suvarma Sistemləri İdarəsinin hələ tamamlamadığı maşın mexanizmlər və nəqliyyat vasitələri üçün sürtgü materiallarının satınalınması üzrə 21.608,16 manat məbləğində satınalma 03.07.2023-cü il tarixdə açıqlanıb;

Qeyd edək ki, bu məlumatlar dövlət satınalmalarının vahid internet portalına 1 iyun, 16 iyul tarixlərində yerləşdirilib. Göründüyü kimi "VNM SERVİS" MMC son 45 gün ərzində 33 açıq tender və kotirovka sorğularının qalibi elan edilib. Bu 45 günün 14-ü qeyri iş günü olub. Qalan 30 gündə isə MMC hər gün bir satınanalmanın qalibi olub. Düzdü son qeyd etdiyimiz satınalmalar üzrə hələlik müqavilələr bağlanılmayıb, yəni qalib dəyişə bilər. Amma prosesin gedişatı onu göstərir ki, bu müqavilələr də məhz "VNM SERVİS" MMC ilə bağlanılacaq. Bu satınalmalar üzrə isə dövlət sifarişlərinin məbləği 318 615 manat təşkil edəcək. Bunu da 1 093 239 manatın üstünə gəlsək MMC-nin son 45 gündə 1 411 854 manat məbləğində dövlət sifarişi alması ortaya çıxır.

Bəs 45 gün ərzində bu qədər dövlət sifarişini kim əldə edə bilər? Əlbəttə, yüksək çinli dövlət məmurlarının yaxınları. Yuxarıda qeyd etdiyimiz kimi MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "VNM SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, SUMQAYIT ŞOSSESİ (BİLƏCƏRİ QƏS.), ev 5, MOSKVA PR. qanuni təmsilçisi kimi isə Nağıyev Vüqar Məhəmməd oğlu qeyd olunub. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğlunun barəsində də açıq mənbələrdə məlumatlar yoxdur. Məlum olan odur ki, MMC 45 gün ərzində 33 tender və kotirovka sorğularının qalibi olub.

Qeyd etdiyimiz kimi burada şəffalıqdan söhbət belə gedə bilməz. Bu inhisarçılığın bariz bir nümunəsidi. Bu ölkədə dövlət satınalmalarında azad rəqabətin açıq şəkildə pozulmasıdı. Bir MMC-nin 45 gün ərzində 33 açıq tender və kotirovka sorğusunda qalib olması satınalma prosedurlarında ancaq saxtakarlıq hallarına yol verdikdə baş tuta bilər. Bu kimi hallara da təbii ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti zəmin yaradır. Bir də yüksək çinli dövlət məmurları.

Məqalədə göstərilənlərlə bağlı digər tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq./Aktualinfo.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1473   Tarix: 18 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr