Tahir Kərimli: "BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, yaxşılığa doğru nəsə olmur"

Tahir Kərimli: "BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, yaxşılığa doğru nəsə olmur""Zaman-zaman Bakı Nəqliyyat Agentliyi barədə tənqidi fikirlərimi demişəm. Bakı paytaxtdır, yeganə aqlomerasiya olunmuş, böyük şəhərdir. Köhnə MDB məkanının beş böyük şəhərindən biridir və burada ictimai nəqliyyatla bağlı problemlərin aradan qaldırılması çox vacib məsələdir. BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin balansından alınıb, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilməsi nəyi dəyişəcək? Bu barədə söz deməkdə çətinlik çəkirəm, çünki BNA öz proqram məqsədlərini qarşıya qoymalıdır. Qurum başqa bir qurumun balansına verilməklə hansı dəyişikliyi edəcək? Bilirik ki, BNA-da heç bir kadr dəyişikliyi olmayıb. BNA-nın elə bir Mətbuat xidməti var ki, nə tənqidi fikir deyirsənsə, əks mövqe sərgiləyir, amma işdə yaxşılığa doğru heç nə olmur. Bu qurum özünü təqdim etməlidir. Hansı işləri görmək istəyir? Bu qədər şikayətlər var, yəqin ki, xəbərləri olmamış deyil..."

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

"Balansı dəyişməklə ictimai nəqliyyat sahəsinə hansı yeniliklər gələcək, hansı yaxşılaşma olacaq? Şəhərətrafı ərazilərdə avtobus tapmaq mümkün deyil. Bu sahəyə büdcədən də xeyli pul ayrılır. Bizdə ümid yaratmaqdan, nəhayət, şəhər nəqliyyat təsərrüfatını qaydaya salmaqdan ötrü müəyyən işlərin görülməsi çox vacibdir. Həm Bakıda yaşayan, Bakıya gələn əhalimiz üçün, həm də xarici qonaqlar üçün çox vacibdir ki, nəqliyyat dəqiq işləsin. Vaxtilə Sovet dövründə olan tramvay, trolleybus yolları söküldü. Sonradan xeyli sayda proqramlar irəli sürüldü ki, yenidən bərpa olunacaq. Ekoloji təmiz nəqliyyata üstünlük veriləcək. Çoxdandır deyilir, amma hələ ki heç nə baş vermir. Proqramdan xəbərsizəm, BNA-nın hansısa iş görmək istəməsi barədə də hər hansı məlumat eşitməmişəm. Nə mətbuatdan, nə də vəzifəli şəxslərin dilindən. Yaxşı olar ki, BNA-nın rəhbəri mətbuat konfransı keçirə, həm öz proqramını açıqlaya, həm də sənədi ictimaiyyət üçün çap edə ki, görək bunlar nə iş görmək istəyirlər? Çünki bu, hamıya dəxli olan məsələdir", - deputat bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 981   Tarix: 18 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr