Yevlaxda böyük məbləğli tenderləri udan iki MMC kimindir? - TƏFƏRRÜAT

Yevlaxda böyük məbləğli tenderləri udan iki MMC kimindir? - TƏFƏRRÜATYevlax Şəhər İcra Hakimiyyəti yolların və mənzil fondunun əsaslı təmiri ilə bağlı tenderlərə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderlərin qalibi "Təmir-İnşaat" MMC və "M-House Construction" MMC seçilib.

İcra Hakimiyyəti ilə "Təmir-İnşaat" MMC arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 541.472,25 AZN, "M-House Construction" MMC ilə bağlanacaq müqavilənin maliyyə dəyəri isə 232.482,89 AZN-dir.

"Təmir-İnşaat" MMC Yevlax şəhərində yolların, "M-House Construction" MMC isə mənzil fondunun əsaslı təmirini həyata keçirəcək.

Bəs Yevlax Şəhər İcra Hakimiyyətinin iri məbləğli tenderlərinin qalibi olan bu şirkətlər kimindir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Tərtər-İnşaat" MMC 15 dekbar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ. Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, indiyə qədər şirkətin Elnur Hacıyev də daxil 5 qanuni təmsilçisi olub. Şirkət yarananda onun qanuni təmsilçisi kimi Səlimov Məzahir Yaqub oğlunun adı qeyd edilib. Məzahir Səlimov inşaatçıdır. O, 2020-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib. Açıq mənbələrdə Məzahir Səlimov haqqında bundan başqa heç bir məlumata rast gəlinmir.

2009-cu ildə Məzahir Səlimovu Dadaşov Bərxudar Astan oğlu əvəzləyib. Bərxudar Dadaşov 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar "Tərəqqi" medalı ilə təltif olunub.

Bərxudar Dadaşovdan sonra şirkətin qanuni təmsilçisi Ağayev Azər Aqronom oğlu olub. Azər Ağayev barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəlli olan odur ki, bu şəxs hazırda "Tərtər İnşaat 23" MMC-nin qanuni təmsilçisidir. Azər Ağayevin "Təmir-İnşaat" MMC-də fəaliyyəti 2014-2019-cu illəri əhatə edir.

2019-cu ildə isə onu Məmtiyev Raquf Rəhim oğlu olub. Raquf Məmtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. Mediada gedən məlumatlara görə, o, hazırda həbsdə olan keçmiş naziri Səlim Müslümovun kadrıdır. O, Səlim Müslümovun nazir olduğu dönəmdə Dövlət Sosial Müdafiə Fondunun Bərdə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra Raquf Məmtiyevi tutduğu vəzifədən azad edib. Raquf Məmtiyev 2021-ci ilə qədər "Təmir-İnşaat" MMC-nin qanuni təmsilçisi olub. Həmin ildən isə şirkətin qanuni təmsilçisi Elnur Hacıyevdir. Açıq mənbələrdə onun haqqında heç bir məlumata rast gəlinmir.

"Təmir-İnşaat" MMC-nin qanuni təmsilçilərinin tez-tez dəyişməsi şirkətin tender oyunlarında istifadə üçün təsis edilddiyinə şübhələri artırır.

Mediada da "Təmir-İnşaat" MMC tender kralı kimi təqdim edilir.

Yeri gəlmişkən, Yevlax Şəhər İcra Hakimiyyəti abadlıq və təmir işlərinin əsasən bu şirkətə tapşırır. Qurum 2022-ci ildə toplam maliyyə dəyəri 642 390,4 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb. Hər iki müqavilə yolların əsaslı təmiri ilə bağlı olub.

2020-ci ildə isə icra hakimiyyəti ilə şirkət arasında 630.355,3 AZN dəyərində satınalma müqaviləsi imzalanıb. Bu müqavilədə də yolların əsaslı təmiri nəzərdə tutulub.

Göründüyü kimi Yevlaxda yolların təmiri "Təmir-İnşaat" MMC-nin monopoliyasındadır.

"M-House Construction" MMC-yə gəlincə, şirkət 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşən şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.

Əhliman Yusifovdan əvvəl şirkətin qanuni təmsilçisi Abbasov Kənan Mərkəz oğlu olub. Hər iki şəxs barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

"M-House Construction" MMC barəsində də hər hansı məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət indiyə qədər cəmi bir tenderin qalibi olub. O da yuxarıda qeyd etdiyimiz, yəni Yevlax Şəhər İcra Hakimiyyətinin mənzil fondunun əsaslı təmiri ilə bağlı elan etdiyi tenderdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O, 2019-cu ildən bu vəzifədədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2116   Tarix: 18 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr