"Elm və Təhsil Nazirliyinin təhsildən anlayışı yoxdur" - Kamran Əsədov

"Elm və Təhsil Nazirliyinin təhsildən anlayışı yoxdur" - Kamran ƏsədovÖtən illərdə olduğu kimi bu il də keçirilən müəllimlərin işə qəbul imtahanı mübahisəyə səbəb oldu. Müəllim namizədləri sualların səhv tərtib olunduğunu, sualların həcminin cavablamaq üçün verilən vaxta uyğun olmadığını iddia edirlər. Elm və Təhsil Nazirliyi iyulun 14-ü keçirilən müəllimlərin işə qəbul müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə bir sualın səhv olduğunu etiraf edib və namizədlərin xeyrinə bal verilib.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyinin testologiyadan o qədər anlayışı yoxdur ki, çətin sualla yanlış sualı qarışdırır.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi bir neçə sualın səhv olduğunu etiraf etsə də, sayı daha çox idi:

"Bu il keçirilən müəllimlərin işə qəbulu imtahanları son 3 ildə keçirilən növbəti bərbad imtahan idi. Ölkədə MİQ imtahanı 2009-cu ildən etibarən həyata keçirilir.2013-cü ildən MİQ-də yeni mərhələ baş verib, yəni daha şəffaf , vakant yerlərin sayı daha çox təmin olunmağa başlayıb. MİQ-ə İnsanlar arasındakı müsbət imic son 3 ildə pozulub. MİQ imtahanının şəffaflığı şübhə altındadır. Bu il problemli sualları 3 hissəyə bölürük : Birincisi təbii ki, çərçivəyə uyğun olmayan suallar idi. İkincisi səhv suallar, üçüncüsü redaktə xarakterli səhvlər idi. Çox təəssüf ki, suallar testologiya prinsiplərinə uyğun deyildi. MİQ imtahanı keçirən şəxslərin imtahan səriştələri və testologiyadan anlayışları yoxdur. Müəllimi hansı sualla seçmək lazım olduğunu bilmirlər. Hazırda təqdim edilmiş suallarla orta məktəbə lazım olan müəllimi seçə bilmərik. Suallarda elmi qüsurlar var idi və şəffaflıq gözlənilməmişdi. Əsas problem bu idi ki, sualı hazırlayanlar imtahandan öncə öz müdavimlərinə işlətmişdilər. Bu ilki MİQ imtahanları yaxşı müəllimi seçməyə imkan verməyib. Hətta özləri də güclə bir neçə sualın səhvliyini etiraf ediblər. Əslində, etiraf edilməli olan səhv sualların sayı daha çoxdur".

Ekspert vurğulayıb ki, MİQ Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir:

"Hesab edirəm ki, MİQ Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir. Çünki Təhsil Nazirliyinin keçirdiyi bütün imtahanlar qüsurludur və heç bir standartlara cavab vermir. DİM-in testologiyada kifayət qədər təcrübəli mütəxəssisləri var. Onlar ali təhsil müəssisələrinə, kolleclərə, Prokurorluğa qəbul imtahanı təşkil edirlər. Elm və Təhsil Nazirliyinin testologiyadan o qədər anlayışı yoxdur ki, çətin sualla yanlış sualı qarışdırır. İmtahanda saat yarım vaxt verilir və həcmi böyük sual salırlar. Sualın oxunması və cavablandırılması üçün sərf olunan vaxt itkisindən başqa bir şey deyil. Bütün dövlət qurumları imtahanını DİM-ə veriblər. Kifayət qədər şəffaf və əlçatandır. Elm və Təhsil Nazirliyi sualları cavablamağa saat yarım vaxt verib. İmtahandan sonra təhsildən xəbərsiz Elm və Təhsil Nazirliyi sualların izahını verib və sualları görmüş öz müəllimləri 2 saata izah ede bilmədi. İzah etdiklərinin yarısını səhv izah etdi. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyinin təhsildən anlayışı yoxdur".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7610   Tarix: 20 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr