Studiyada Natəvan Babayeva idi... - FOTOLAR

Studiyada Natəvan Babayeva idi... - FOTOLARXəbər verdiyimiz kimi, bu gün tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Aparıcının ölüm xəbərini media nümayəndələri ilə yanaşı, tamaşaçılar da dərin hüznlə qarşılayıb.

"Qafqazinfo" bu məqamda Natəvan Babayevanın jurnalistika fəaliyyəti ilə bağlı bəzi maraqlı məqamları təqdim edir.

1977-ci ildə dünyaya gələn Natəvan Babayeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, qısa müddət "Sara Xəbər"də çalışıb.

Bundan sonra isə onun karyerasının ANS dövrü başlayıb. 2000-ci ilin avqustun 24-də sözügedən kanalda fəaliyyətə başlayan aparıcı, 16 il burada çalışıb.

Natəvan Babayeva ANS məktəbi keçən ən peşəkar aparıcılardan biri idi. O, canlı efirə məsuliyyətini müsahibələrinin birində belə qeyd etmişdi:

"Efirə çıxmaq məcburiyyətində olduğum vaxtlar olub. Əziz nənəm rəhmətə gedən günün axşamı efirə çıxdım, çox ağır oldu. Sözsüz, aparıcının üz cizgiləri ilə xəbərə münasibəti olmalıdır. Həmin günü birtəhər proqramı yola verdim. Amma daha sonra mənimlə yaşıd, çox sevdiyim bibim oğlu rəhmətə getdi. Onun həyatdan cavan köçməsi bütün qohum-əqrəba kimi məni də sarsıtmışdı. Təsəvvür edin, dəfn olunan günün səhəri, gözlərim şişmiş halda efirə çıxmalı oldum. Həm də mart ayının 22-si, televiziya qarşısında oturan tamaşaçıların bayram əhval-ruhiyyəsində olduğu bir gündə. Yas içində olsam da, tamaşaçıya gülümsəməliyəm... Axı evdə faciə baş verib, mənim ətrafımda olan əzizlərim, qəlbim yas içindədir... Çox çətinliklə birtəhər özümü toparlayıb xəbərləri oxudum, hətta gülümsədim də. Cəhdlərimə baxmayaraq, kədərli olmağım yenə də efirdə hiss olunmuşdu. Reklam arası Mirşahin müəllim zəng vurub dedi ki, "Tamaşaçıların xəbəri var, sən hüznlüsən?". Onun bu sözləri az da olsa, kefimi açdı. Onda bir daha başa düşdüm ki, bizim işimiz spesifik sahədir, haradasa artistliyə yaxınıq".

Qeyd edək ki, aparıcının son iş yeri AzTV olmuşdu.

Studiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLARStudiyada Natəvan Babayeva idi... - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4650   Tarix: 20 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr