Bankların komissiya haqları niyə yüksəkdir? - VİDEO
Bəzən bir bank kartından digər bank kartına az bir məbləğ köçürən zaman bəzi banklar müştərilərdən kifayət qədər yuxarı həddə komissiya haqqı tuturlar. Bu, özünü başqa bankın bankomatında edilən nağdlaşdırma zamanı da göstərir.
Bəs, bu komissiya haqları nə üçün yüksəkdir? Ümumiyyətlə, bu məsələ necə tənzimlənir?
Vətəndaşlar bildirirlər ki, bankların ən sadə əməliyyatlar zamanı əlavə komissiya haqqı tutması normal deyil.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, bankın müştəridən komissiya haqqı tutması məsələsi "Banklar haqqında qanun"la tənzimlənir. Bu qanuna görə, banklar komissiya haqlarını özləri müəyyən edirlər. Ekspert xarici ölkələrdə də bu tipli komissiyaların müştəridən tutulduğunu bildirib.
Ə.Həsənov əlavə edib ki, yerli bankların təklif etdiyi kredit faizləri yüksəkdir. Onun qənaətincə, bu nəzərə alınaraq komissiya haqları aşağı endirilməlidir.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən təklif edilən qanun layihəsinə əsasən, nağdlaşdırma faizlərinin standart olması nəzərdə tutulub. Bu qanun təsdiqlənərsə, Mərkəzi Bank bu komissiyaların yuxarı həddini müəyyən edəcək. Bununla da banklar həmin həddən yuxarı müştərilərdən vəsait tuta bilməyəcəklər.
Daha ətraflı Xəzər TV-nin süjetində:
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 779 Tarix: 21 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabr