Bakıda xəstəxanaya çatdırılan Xalq artistinin son durumu açıqlandı: "Telefon işlətməsinə icazə yoxdur"
Xalq artisti Şahnaz Haşımovanın səhhəti stabilləşib.
Bu barədə Oxu.Az-a Xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün öncə səhər saatlarında səhhəti pisləşdiyi üçün Gəncədə 1 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilən, ötən gün Bakıya, Mərkəzi Gömrük Hospitalına gətirilən Xalq artisti burada on gün müalicə alacaq:
"Dünən Bakıya, Mərkəzi Gömrük Hospitalına gətirilən kimi bütün yoxlanışlardan keçdi. Cərrah Rəşad Mahmudov məsləhət gördü ki, bir həftə və ya 10 gün xəstəxanada qalsın. Müalicələri xəstəxana şəraitində davam etdirilir".
E.Abdullayev Həkimlərin nənəsinə beyin qan dövranın pozulması diaqnozunun qoyulduğunu söyləyib:
"Yüksək arterial təzyiq və şəkər xəstəliyindən əziyyət çəkir. Digər orqanlarında heç bir problem yoxdur. Müalicələr aldıqca şəkər və təzyiq də stabilləşir. Həkim telefon işlətməsinə icazə vermir. Şüadan uzaq durmalıdır. Ona telefona baxmaq qətiyyən olmaz".
Xalq artistinin nəvəsi xəstəxanada nənəsinin yanında qalmağa ehtiyac duyulmadığını da qeyd edib:
"Nənəm palatadadır. Yanında yaxınlarından heç kəs qalmır. Xəstəxanada yüksək səviyyədə qulluq edirlər. Bizə deyiblər ki, "narahat olmayın, kiminsə qalmağına ehtiyac yoxdur". Biz dünən onunla həkimi vasitəsi ilə görüntülü danışdıq. Çox səs-küy olmaz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1753 Tarix: 21 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr