14 min manata istirahət: Bağ evlərinin cib yandıran kirayə qiymətləri
"Cari ilin yay mövsümündə Bakıətrafı kəndlərdə bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım müşahidə olunur".
Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, hazırda bağ evlərinin aylıq kirayə haqqı 700-14 000 manat arasında dəyişir.
Orta qiymətin isə 3 000-3 500 manat arasında dəyişdiyini söyləyən ekspertin sözlərinə görə, bu qiymətlər daha çox hovuzu olan, dənizə yaxınlığı ilə seçilən, digər infrastrukturlara malik evlərə aiddir:
"Adi bağ evlərinin kirayə haqqı isə təxminən 700-1 000 manat arasında dəyişir ki, bu da ötən illə müqayisədə 15-20 faiz çoxdur. Bu da onunla bağlıdır ki, ölkənin quru sərhədləri bağlı olduğu və təyyarə uçuşları baha olduğu üçün vətəndaşlar xarici ölkələrə gedə bilmirlər. Buna görə də ya regionlarda, ya da paytaxtın müxtəlif yerlərində dincəlməyə üstünlük verirlər. Ötən il 700 manata olan bağ evlərini bu il 1 000 manata, 1 000 manata olanları isə bu il 1 200-1 300 manata təklif edirlər".
R.Qasımzadə ötən il daha yüksək qiymətə təklif olunan bağ evlərində isə cari ildə elə də ciddi artımın qeydə alınmadığını diqqətə çatdırıb:
"Belə ki, ötən il aylıq kirayə dəyəri 5 000 manatdan yuxarı olan bəzi bağ evləri bu il də eyni qiymətə təklif olunur. Ona görə ki, bu il həmin evlərə tələbat elə də yüksək deyil. Bu gün əsas tələbat qiyməti 1 000-2 500 manat arasında dəyişən evlərlə bağlıdır. Bu da onunla əlaqədardır ki, həmin evin hovuzu və digər infrastrukturları var və kirayənişinlər rahat şəkildə dincələ bilirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1023 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrZaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr