Deputat: "Dənizə kamera quraşdıraq, orada çimmək istəyənlər avtomobil sistemi kimi radara düşsünlər?"

Deputat: "Dənizə kamera quraşdıraq, orada çimmək istəyənlər avtomobil sistemi kimi radara düşsünlər?"Həyat bəxş edən su, həyat almaqda da mahirdir. Son vaxtlar çimərliklərdə boğularaq ölənlərin sayı yenə də artmaqdadır. Tez-tez bu tipli xəbərlərlə sarsılırıq. İllərdir danışılan bu problemin həlli nədir? İnsanları real təhlükədən daha hansı vasitələrlə uzaqlaşdırmaq olar?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

İnsanlar digər fəsillərlə müqayisədə yay mövsümündə istirahət etməyi daha çox sevirlər. Yayda ən çox üz tutulan məkan isə çimərliklər olur. Təəssüf ki, istirahət edənlər bəzən çimmək üçün qadağan olunan əraziləri də seçir. Bu da, bədbəxt hadisələrin yaşanmasına səbəb olur. Həyat bəxş edən su, həyat almaqda da mahirdir. Təkcə ötən ay qadağan olunan ərazilərdə çimən doqquz nəfərin suda boğulması ilə bağlı xəbərlər yayılıb. İllərdir danışılan və heç bir halda "Çimmək qadağandır!" məlumatlandırıcı lövhəsi ilə çıxış yolu tapılmayan bu problemin həlli nədir? İnsanları real təhlükədən daha hansı vasitələrlə uzaqlaşdırmaq olar?

Nəzarət olan ərazilərdə boğulma faktı qeydə alınmayıb

Çimərlik mövsümü başlayandan 51 nəfər xilas edilib. Qeyd edilən statistika, boğulma təhlükəsi ilə bağlı daxil olan müraciət isə yalnız nəzarətdə olan çimərlik ərazilərinə aiddir. Görün, nəzarətsiz ərazilərdə bu rəqəm nə qədər ola bilər... FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, çimərlik mövsümü başlayandan bu günə qədər daxil olan müraciətlərə xilasedicilər tərəfindən dərhal reaksiya verilib: "Xilasedicilərimizin nəzarət etdiyi ərazilərdə istirahət edənlər arasında boğulma faktları qeydə alınmayıb. Boğulma təhlükəsi ilə üzləşən 51 nəfər isə xilasedicilərimiz tərəfindən xilas edilərək, ailələrinə təhvil verilib".

Suda boğulmağa səbəb olan amillər

Çimərlik mövzusu tək Azərbaycanda deyil, bütün ölkələrdə həssas məsələdir. Təhlükəsizlik eksperti Elmar Nurəliyevin sözlərinə görə, paytaxtla yanaşı, regionlarda yaşayan sakinlər də çaylarda, göllərdə, çimmək qadağan olunan su hövzələrində dincələrkən, üzməməli olduqlarını bilməlidirlər:
"Bütün dünya çimərlikdə qeydə alınan boğulmalarla mübarizə aparır. Hər il eşidirik ki, kimlərsə boğulma təhlükəsi ilə üzləşdi, kimlərsə xilas olundu və ya həyatını itirdi. İlk növbədə hər kəs çimərliyə planlı şəkildə getməlidir. Yəni, əlverişsiz hava şəraitində getmək, suyun içərisində saatlarla qalmaq, spirtli içki qəbul etmək və s. boğulma təhlükəsi yaradan amillərdir. Suda qalmaq müddəti maksimum 30-40 dəqiqədən çox olmamalıdır. 3-5 saat suyun içərisində qalmaq nəyə lazımdır? Daha dərinə getmək üzrə yarışmaq, qayaların, dəmir konstruksiyaların üzərinə çıxaraq suya baş vurmaq, xilasedicilərin xəbərdarlığına məhəl qoymadan nəzarətsiz ərazilərə getmək olmaz. Sualtı axınlar, kiçik həcmli torpaq sürüşmələri ola bilir. Azərbaycanda suda boğulma hallarının 90%-i, hətta deyərdim ki, 100 faizi nəzarətsiz ərazilərdə qeydə alınıb. FHN-in nəzarətində olan ərazilərdə suda boğulma halları qeydə alınmayıb. Bu məsələyə səthi yanaşmaq olmaz. Dünya üzrə boğulmaların statistikasına baxsaq, görərik ki, əlverişsiz hava şəraitində çimərlikdə boğulma faktları 70 faiz təşkil edir. Hər il dünyada 370 mindən çox insan suda boğularaq həyatını itirir. Bu, çox ciddi rəqəmdir. Çimərlikdə təhlükəsizlik məsələsinə çox ciddi yanaşmaq lazımdır. Nəzarət olunan çimərliklərdə - Gürcüstanda, Türkiyədə, Rusiyada 1000-dən çox insan suda boğularaq ölür. ABŞ-dƏ isə bu rəqəm hər il 8 minə yaxın olur. ABŞ-dƏ çimərliklərin cəmi 4 faizi nəzarətdədir, 96 faiz nəzarətsizdir. Bütün dünya üzrə bu problem var və çıxış yolu hələ də tapılmır. Odur ki, nəzarətsiz çimərliklərə getmək olmaz. Burada bədbəxt hadisələr qaçılmazdır. "Üzməyi bilirəm" deməyin, çünki boğulanların 5 faizi məhz üzməyi bilən şəxslərdir. Təəssüf ki, boğulanların 17 faizini uşaqlar təşkil edir. Azyaşlılara, yetkinlik yaşına çatmayanlara çimərlik ərazisində nəzarət mütləqdir. Su, yarış meydançası deyil".

Çıxış yolu nədir?

Millət vəkili Elşən Musayev də son günlər dənizdə insan ölümünün artmasının, boğulma hallarının çoxalmasının hər kəsi çox narahat etdiyini deyir:

"Təəssüf, biz bu cür acı və ağır xəbərlərlə yayın hər gəlişində mütəmadi olaraq rastlaşırıq. Baxmayaraq ki, müəyyən yerlərə və məkanlara "Çimmək qadağandır!" işarəsi qoyulub, amma bəzi insanlar yenə də məlum çağırışa əməl etmirlər. Səhlənkar davranışlar isə, nəticə etibarilə faciələrə səbəb olur. Bilirsiniz, bəzən belə fikirlər səslənir ki, yalnız elanla kifayətlənmək olmaz, canlı nəzarət mexanizmi tətbiq etmək lazımdır. Amma necə? Bax, bu sualın cavabını kimsə vermir. Çünki sahil boyunca həmin mexanizmi həyata keçirmək, daha dəqiq söyləsəm, canlı nəzarəti tətbiq etmək fiziki baxımdan mümkün deyil".

Dənizdə kamera quraşdırılmalıdır? Deputat məsələni başqa aspektdən də şərh edərək çimərlikdəki insanları qayda pozan sürücülərlə də müqayisə edib:

"Nə etmək lazımdır? Gətirib dənizə də kamera quraşdıraq? Orada çimmək istəyənlər də avtomobil sistemi kimi radara, nəzarət kamerasına düşsün, elektron qaydada tədbir görülsün? Belə olmur axı. Düşünürəm, bu da çarə deyil. Burada əsas yol maarifləndirmə olmalıdır. Xüsusən də, gənc nəsil məlum kontekstdə bilgiləndirilməli, onlarla, ələlxüsus vətəndaş cəmiyyəti subyektləri qismində (QHT sektoru və s) iş aparılmalı və təhlükənin miqyası agah edilməlidir. Pilot layihə mümkündürmü? Mümkündür. Təbii, ixtisaslaşmış qurum olaraq Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə xüsusi təkliflərlə çıxış edə bilər. Ya da mövzu ilə bağlı ictimai müzakirə təşkil etmək, həll yolları tapmaq olar. Amma əsas iş maarifləndirmə istiqamətində aparılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1588   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr